Hadigro Təşkilatçıları Üçün Xidmət Şərtləri

1. Şərtlər

Hadigro-nun Təşkilatçılar üçün xidmət şərtləri (“Təşkilatçı Şərtləri”) sizinlə hüquqi ünvanı Əhməd Rəcəbli 159, Nərimanov rayonu, Bakı şəhəri, Azərbaycan olan “Hadigro” adı altında kommersiya fəaliyyəti göstərən (müvafiq olaraq “Bizə”, “Biz” və ya “Bizim” kimi təfsir ediləcək) Hadigro MMC şirkəti arasında olan hüquqi razılaşmadır. Bu şərtlər öz mülahizəmiz əsasında Təşkilatçılar üçün Hadigro platforması ("Platforma") və Təşkilatçılar üçün Hadigro platformasında ("Listings") müəyyən əməliyyatlar aparmaq üçün siyahıları yerləşdirmək məqsədilə (www.hadigro.com) ("Veb səhifə")(Platforma və səhifəmiz birlikdə Təşkilatçılar üçün "Hadigro Xidmətləri", "Hadigro Təşkilatçı Xidməti" adlandırılacaq) Veb səhifəmizə giriş və istifadə etməyə icazə verdiyimiz şərtləri ehtiva edir.

2. Hadigro Təşkilatçı Şərtlərinə dair vacib Bildiriş

2.1. Hadigro Təşkilatçı Xidmətinə giriş etməklə, Siz bu Təşkilatçı Şərtlərini oxuduğunuzu, başa düşdüyünüzü və qəbul etdiyinizi təsdiq edir və Sizinlə Hadigro arasında hüquqi öhdəlik yaradan bu Şərtləri qəbul etdiyinizə dair razılıq verirsiniz. Şərtlər yalnız İngilis, Azərbaycan və Rus dillərindədir.

2.2. Hadigro Təşkilatçı Xidməti siyahıları sizin, Bizim tərəfimizdən və ya digər üçüncü şəxslər tərəfindən yerləşdirilə biləcək onlayn platformadan ibarətdir.

2.3. Siz bununla əvvəlcədən xəbərdarlıq etmədən, istənilən Siyahını yayımlamamaq və ya istənilən Listinqi istənilən vaxt silmək hüququmuzu özümüzdə saxladığımızı qəbul edirsiniz.

3. Hesab

3.1. Siyahıları (Listinqləri) Hadigro Təşkilatçı Xidmətində yerləşdirmək üçün bir hesab yaratmalısınız.

3.2. Bizim veb səhifəmizdə hesab yaratmaqla siz:

3.2.1. Qeydiyyat prosesi zamanı tərəfinizdən təqdim edilmiş məlumatların yoxlanılmasına və təhlükəsizlik tədbirlərinin həyata keçirilməsinə razılıq verirsiniz; və

3.2.2. Giriş və hesab məlumatlarınızı məxfi və təhlükəsiz şəkildə saxlamağa razılıq verirsiniz.

4. Hadigro Təşkilatçı Xidməti və Şərtlərinə ediləcək dəyişikliklər

4.1. Elementlər əlavə etmək, silmək və ya dəyişdirmək də daxil olmaqla, istənilən zaman Hadigro Təşkilatçı Xidmətini dəyişdirmək hüququmuzu özümüzdə saxlayırıq (bu, sizə üstünlük və ya dezavantaj verə bilər). Hadigro Təşkilatçı Şərtlərində istənilən dəyişikliklər ediləcəyi təqdirdə sizə bu barədə ağlabatan bildiriştəqdim ediləcək

4.2. Bu Təşkilatçı Şərtlərini hüquqi məsələlər və ya biznes ilə əlaqədar olaraq dəyişdirə bilərik və bu cür dəyişiklikləri Xidmət Şərtləri səhifəsində paylaşaraq bildiriş təqdim edəcəyik.

4.3. Hadigro Təşkilatçı Xidməti və ya Şərtlərini sizin zərərinizə dəyişdirəcəyimiz təqdirdə, Hadigro veb səhifəsindən istifadənizi istənilən vaxt dayandıra bilərsiniz. Hadigro veb səhifəsindən istifadənizi ləğv etməyiniz haqqında daha ətraflı məlumat üçün bu Şərtlərin 10-cu bölməsinə nəzər yetirin.

5. Bizə verdiyiniz Bəyanat

5.1. Siz bununla aşağıdakıları bəyan edirsiniz:

5.1.1. Siz 18 yaş və daha yuxarı yaşda olduğunuzu təsdiq edirsiniz.

5.1.2. Bizə verdiyiniz bütün məlumatların və təfərrüatların (hesab açmaq üçün qeydiyyatdan keçərkən bildirdiyiniz məlumatlar da daxil olmaqla) hər cəhətdən və hər zaman doğru, dəqiq və yenilənmiş olduğunu təsdiq edirsiniz. Şəxsi məlumatlarınızı istənilən vaxt Hadigro veb səhifəsinin hesab ayarları bölməsindən yeniləyə və ya onlara düzəliş edə bilərsiniz.

5.1.3. siyahıları (Listinqi)müəyyən xidmətlər üçünməsul bir təşkilat ("Təşkilat") adından göndərdiyiniz zaman, (i) həmin Təşkilatın adından Listinqləri yerləşdirmək və (ii)Hadigro Təşkilatçı Xidmətində qeyd edildiyi kimi Listinqlərdə paylaşım yerləşdirmək və dərc etmək (məsələn,qiymətlər və tədbirlərin vaxtı barədə hər hansı bir məlumat və Listinqdə olan və ya Listinqə aid olan şəkillər də daxil olmaqla) üçün sözügedən müvafiq Təşkilatın açıq icazəsi və səlahiyyətinə sahibsiniz;

5.1.4. Listinqdə yerləşdirdiyiniz hər hansı bir fəaliyyətin tarixləri, vaxtları, yeri və qiymətləri də daxil olmaqla, Hadigro Təşkilatçı Xidmətində paylaşdığınız istənilən Listinqdə yer alan hər hansı bir məlumat və məzmun aydın və dəqiqdir və yenilənmişdir;

5.1.5. xidmətlərin təbliği zamanı hər hansı bir şəxsin şəkillərini (hər hansı bir Listinqə daxil olmaqla) daxil etsəniz, həmin şəxsin şəkillərini əlavə etmək üçünmüvafiq  icazəniz var;

5.1.6. 18 yaşdan aşağı yaşda olan hər hansı bir şəxsin ("Yetkinlik yaşına çatmayan şəxs") şəkillərini əlavə etsəniz, xidmətlərin təbliğində (istənilənListinq  daxil olmaqla) (yuxarıdakı 5.1.5-ci yarımbənddəki icazəyə əlavə olaraq) həmin şəxsin qəyyumunun bu şəkilləri daxil etməyinizə yazılı icazəsinin olduğunuzdan əmin olmalısınız.

5.1.7. Listinqlərdə xidmətləri təbliğ etmək üçün istifadə olunan hər hansı bir məzmunun digər şəxslərin və ya tərəflərin hər hansı bir hüququnun(məsələn, müəlliflik hüququnuo cümlədən, digər əqli mülkiyyət hüquqları) pozulmayacağı və ya hər hansı bir üçüncü tərəfin hüquqlarının pozulmasına və ya qanunla təmin olunan hər hansı bir hüququn pozulmasına səbəb olmamaq.

5.1.8. Hadigro Təşkilatçı Xidmətində yerləşdirdiyiniz istənilən məzmun və / və ya Listinqdən istifadə etmək üçün bütün lazımi icazələriniz var və istənilən məzmunu və / və ya Listinqi və sizin və ya digər şəxslərin qarşısında heç bir ödəniş etmək və ya digər öhdəlik daşımadan hər hansı bir mediada istifadə edə biləcəyimizə zəmanət verirsiniz;

5.1.9. sizin və ya Təşkilatın Hadigro Təşkilatçı Xidmətində təbliğ etdiyiniz xidmətlərə aid müəyyən etdiyiniz hər hansı bir şərt və qaydalarınız varsa, bu şərtlərin Hadigro Təşkilatçı Xidməti istifadəçiləri tərəfindən asanlıqla əldə olunmasını və bu şərt və qaydaların Listinqdə yer almasını təmin edəcəksiniz;

5.1.10. Hadigro Təşkilatçı Xidmətində paylaşdığınız məzmun Hadigro-nun burada tapa biləcəyiniz məzmunla bağlı təlimatlarına cavab verəcəkdir; və

5.1.11. yalnız Hadigro-nun burada göstərilən xidmətlər ilə bağlı təlimatlarına cavab verən xidmətləri, Listinqləri daxil edəcəksiniz.

5.1.12. Yuxarıdakı 5.1-ci bənddə verdiyiniz bəyanatlardan birini və ya bu Təşkilatçı Şərtlərində verdiyiniz digər bəyanatları pozduğunuz təqdirdə, üzləşdiyimiz birbaşa zərərlərin əvəzini ödəməyi qəbul edirsiniz.

6. Fərdi məlumat

6.1. Məxfiliyinizi qorumaq bizim üçün çox vacibdir. Məxfiliyinizin qorunması, habelə məlumatlarınızın istifadə edilməsi və açıqlanması ilə bağlı öhdəliklərimizi daha yaxşı anlamaq üçün Məxfilik Siyasətimizi nəzərdən keçirməyinizi xahiş edirik. Fərdi məlumatlarınızı Məxfilik Siyasətimizdə təsvir edildiyi kimi istifadə etməyimizə razılıq verirsiniz.

6.2. Hadigro veb səhifəsinin etibarlılığını təmin etmək üçün hər cür səy göstərilməsinə baxmayaraq, internet ötürülmələrinin heç vaxt tamamilə fərdi və ya təhlükəsiz olmadığını qəbul edir və razılaşırsınız. Siz bununla Hadigro Təşkilatçı Xidmətindən istifadə edərək paylaşdığınız, göndərdiyiniz və ya bölüşdüyünüz hər hansı bir məlumatın başqaları tərəfindən oxuna və ya ələ keçirilə biləcəyini başa düşdüyünüzü təsdiq edirsiniz.

6.3. Xahiş edirik nəzərə alasınız ki, Hadigro Təşkilatçı Xidməti veb səhifəsindəki tətbiqetmələrə keçidlər əlavə etdiyimiz, Təşkilatçıların və ya digər üçüncü tərəflərin səhifələrinə və ya xidmətlərinə, hər hansı bir Listinq vasitəsi ilə və ya başqa bir şəkildə keçidlər daxil etdiyimiz yerlərdə, üçüncü tərəflərin məxfilik ilə bağlı təcrübələrindən və ya sizin haqqınızda topladıqları fərdi məlumatları idarə etmə qaydalarından dolayı məsuliyyət daşımırıq. Beləki, siz üçüncü tərəfin veb səhifələrini və ya xidmətlərini istifadə etməzdən əvvəl onların məxfilik siyasətlərini diqqətlə oxuduğunuzdan əmin olmalısınız.

7. Hadigro Təşkilatçı Xidmətindən və Hadigro Təşkilatçı Xidmətində yerləşdirilən məzmundan istifadə etmək hüquqlarınız

7.1. Təşkilatçı Şərtlərinə riayət etməyinizşərtilə sizə yalnız öz şəxsi istifadəniz üçün Hadigro veb səhifəsinə giriş etmək və ondan istifadə etmək üçün geri götürülə bilən, ötürülə bilməyən və qeyri-müstəsna olmayan lisenziya veririk.

7.2. Hadigro Təşkilatçı Xidməti veb səhifəsini istifadə etməyinizlə, Hadigro Təşkilatçı Xidməti veb səhifəsində və ya Şərtlərdə müəyyən olunmuş şəkildə Hadigro Təşkilatçı Xidməti veb səhifəsindən istifadə etmək hüququ istisna olmaqla hər hansı bir Əqli Mülkiyyət Hüquqlarımıza da (müəlliflik hüququ, əmtəə nişanları və patentlər daxilində) hər hansı bir hüquq əldə etmədiyinizi qəbul edirsiniz.

8. Xərclər və ödənişlər

Siz Hadigro Təşkilatçı Xidmətinə ödənişsiz daxil ola bilərsiniz. İmzaladığınız qiymətə uyğun olaraq, Bizim tərəfimizdən Hadigro Təşkilatçı xidməti vasitəsilə etdiyiniz sifarişlərdən müvafiq komissiyalar çıxılacaq.

9. Hadigro Təşkilatçı Xidmətinin istifadəsi ilə bağlı məhdudiyyətlər

9.1. Siz bununla razılaşırsınız:

9.1.1. Hadigro Təşkilatçı Xidmətininin (və ya hər hansı bir hissəsinin) Təşkilatçı Şərtlərinə uyğun olaraqHadigro Təşkilatçı Xidmətindən istifadə etməyiniz ilə bağlı hallar istisna olmaqla, Hadigro veb səhifəsinin surətini çıxarmamaq,

9.1.2. Hadigro Təşkilatçı Xidmətinin veb səhifəsinə bütövlükdə və ya onun hər hansı bir hissəsində yenilənmə və ya dəyişikliklər edilməməsi və Hadigro Təşkilatçı veb səhifəsinin və ya onun hər hansı bir hissəsinin digər proqramlarla birləşdirilməsinə və ya onlara əlavə edilməsinə icazə verməmək;

9.1.3. Hadigro Təşkilatçı Xidməti veb səhifəsində verilənləri bütövlükdə və ya hər hansı bir hissəsinin çıxarılmaması, hissələrə ayırmamaq, tərtib etməmək və ya törəmə əsərlər yaratmamaq;

9.1.4. Bizim əvvəlcədən verilmiş yazılı icazəmiz olmadan, müəlliflik hüququ ilə qorunan hər hansı bir məlumatı, brendi, əmtəə nişanını və ya loqomuzu silmək, dəyişdirmək, modifikasiya etmək və ya onlardan adımıza və işgüzar nüfuzumuza ədalətsiz olaraq mənfi təsir göstərə biləcək şəkildə faydalanmaq və ya bizə məxsus olan və / və ya lisenziyalaşdırılan (qeydiyyatdan keçən) əqli mülkiyyət hüquqlarının hər hansı birinin pozulması hesab ediləcək hər hansı bir fəaliyyət göstərməmək;

9.1.5. Hadigro Təşkilatçı Xidməti ilə istifadə üçün alternativ serverlər yaratmamaq;

9.1.6. Hadigro Təşkilatçı Xidməti kimi sizə təqdim edilən məlumatın düzgünlüyünə etibar etməmək;

9.1.7. Təşkilatçı Xidməti (və ya hər hansı bir hissəsi) və ya digər istifadəçilərin Hadigro Təşkilatçı Xidmətinin hər hansı bir hissəsindən istifadə etməsinə yol verməmək;

9.1.8. Hadigro Təşkilatçı Xidməti ilə serverlərimiz arasındakı əlaqəni kəsməmək və ya dəyişdirməmək;

9.1.9. Hadigro Təşkilatçı Xidmətində aşkarladığınız səhvlərdən qəsdən istifadə etməmək;

9.1.10. Hadigro Təşkilatçı Xidmətindən hər hansı bir qeyri-qanuni və ya hüquqa zidd məqsədlə istifadə etməmək;

9.1.11. və Bizim əvvəlcədən yazılı razılığımız olmadan Hadigro Təşkilatçı Xidmətini tamamilə və ya qismən (hər hansı bir obyekt və mənbə kodu daxil olmaqla), və ya başqa bir şəkildə hər hansı bir şəxsə təqdim etməmək.

10. Hadigro Təşkilatçı Xidmətindən istifadənizi dayandırmaq və Hadigro Təşkilatçı Xidmətindəki Listinqləri və məzmunu silmək / imtina etmək

10.1. Siz sadəcəHadigro Təşkilatçı Xidmətindən istifadəni dayandırmağı seçə bilərsiniz. Bundan əlavə, Hadigro Təşkilatçı Xidmətinin hesab ayarları vasitəsilə hesabınızdan çıxa bilərsiniz. Bizimlə əlaqə" funksiyası vasitəsilə də bizimlə əlaqə qura və hesabınızı deaktiv etməyimizi tələb edə bilərsiniz

10.2. Siz bununla qəbul edirsiniz ki, Hadigro Təşkilatçı Xidmətindən istifadəniz bizim müstəqil mülahizəmizə uyğun olaraq həyata keçirilir və bu sərbəst mülahizəmiz əsasında Təşkilatçı Şərtlərini pozduğunuzu müəyyən etdiyimiz təqdirdə, yalnız bizim qərarımız əsasında, Sizə dərhal qüvvəyə minən yazılı bildiriş təqdim etməklə Hadigro veb səhifəsindən istifadə hüquqlarınızı ləğv etmək hüququmuz vardır. Bundan əlavə Hadigro Təşkilatçı Xidmətində yerləşdirdiyiniz hər hansı bir mətni və / və ya Listinqi istənilən vaxt silmək hüququmuz olduğunu və istənilən yerdə istənilən mətnin və / və ya Listinqin yerləşdiriməkdən imtina etmək hüququmuz olduğunu da qəbul edirsiniz. Hansı mətnin və Listinqlərin Hadigro Təşkilatçı Xidmətində paylaşacağımız barədə qərar verməkdə sərbəstdik və hər hansı bir mətni və / və ya Listinqi dərc etmək məcburiyyətində deyilik.

11. Hadigro Təşkilatçı Xidmətinin arzuolunan istifadə qaydası

11.1. Hadigro Təşkilatçı Xidmətinin Sizə Listinqləri və mətni paylaşmaq və ictimaiyyətə açıq digər Listinqlərə baxmağınıza imkan verdiyini qəbul edirsiniz.

11.2. Hadigro Təşkilatçı Xidmətindən istifadə etməklə Siz aşağıdakıları qəbul etdiyinizi təsdiq edirsiniz:

11.2.1. Hadigro Təşkilatçı Xidmətindən istifadə etməyinizlə bağlı vaxtaşırı təqdim etdiyimiz hər hansı bir təlimata və ya verdiyimiz lazımi göstərişlərə əməl etmək;

11.2.2. hər hansı bir əqli mülkiyyət hüququnun və ya üçüncü tərəfin hər hansı digər hüququnun pozulduğunu düşündüyünüz hallar barədə dərhal bizə məlumat vermək;

11.2.3. mobil cihazınızın yetərli antivirus qorumasının təmin edilməsi üçün lazımi addımlar atmaq;

11.2.4. qeyri-qanuni, böhtan xarakterli, ədəbsiz, təhqiramiz, irqçi, qanunsuz, nifrət və ya cinayət fəaliyyətinə və ya hər hansı bir fərdi və ya fiziki şəxslər qrupuna təhdid və ya təhqiredici xarakterli hər hansı bir İstifadəçi paylaşımı yerləşdirməmək və ya başqa bir şəkildə təqdim etməmək; (o cümlədən din mövzusunda, gender, cinsi oriyentasiya, irq, etnik mənsubiyyət, yaş, əlillik və ya başqa); və ya

11.2.5. üçüncü tərəflərin hüquqlarını (fərdi məlumatların yayılması, müəllif hüququ, əmtəə nişanı, patent, kommersiya sirri, şəxsi qeyri-əmlak hüquqları, konfdensiallıq hüququ, aşkarlıq hüququ və ya hər hansı digər əqli mülkiyyət və ya pay hüququnun pozulması daxil olmaqla) pozmamaq;

11.2.6. bilərəkdən yalan, aldadıcı, həqiqətə uyğun olmayan və ya qeyri-dəqiq məlumatlar paylaşmamaq; və ya Hadigro Təşkilatçı Xidmətinin digər istifadəçilərinə qarşı ayrı-seçkilik etməmək;

11.2.7. spam mesajları yaratmamaq;

11.2.8. Bizə və ya Hadigro Təşkilatçı Xidmətinin digər istifadəçilərinin mənafelərinə zərər verə biləcək və ya sistemlərimizə müdaxilə etməmək və ya məlumatları silən viruslar və ya başqa texnologiyalar yaymamaq;

11.2.9. Bizi və ya Hadigro Təşkilatçı Xidmətini nüfuzdan salacaq hərəkət etməmək;

11.2.10. başqa bir istifadəçidən şəxsi məlumat istəməmək və ya istəməyə cəhd etməmək;                                                                                      

11.2.11. özünü başqa bir kimsə kimi təqlid etməmək;

11.2.12. mesajlaşma imkanlarımızı digər istifadəçilərə yalan danışmaq və ya aldatmaq üçün istifadə etməmək (yəni başqa istifadəçiləri 'aldatmamalısınız');

11.2.13. tərəfimizdən açıq şəkildə icazə verilmədiyi müddətdə, hər hansı bir iş, kommersiya fəaliyyətinə təşəbbüs etməmək və ya hər hansı bir məhsul və xidmətin reklam edilməməsi və ya təşviq edilməməsi.

11.3. Hər hansı bir Listinq və ya mesaj, fərdi məlumat, şəkil, mətn və digər material ("İstifadəçi Paylaşımı") sizi təhdid və ya sizə qarşı sui-istifadə edildiyinə və ya bu cur paylaşımın təhqiredici olduğuna və ya başqa şərtləri pozduğuna inanırsınızsa, birbaşa bizimlə əlaqə saxlayın.

11.4. Əgər siz İstifadəçi Paylaşımını yerləşdirsəniz və ya təqdim etsəniz, başqa razılaşma olmadığı halda, aşağıdakıları icazə verirsiniz: (a) Bizə və şirkətlər qrupumuza bu İstifadəçi Paylaşımını dünya miqyasında istifadə etmək, çoxaltmaq, dəyişdirmək, uyğunlaşdırmaq, yayımlamaq, tərcümə etmək, törəmə əsərlər yaratmaq, yaymaq və nümayiş etdirmək üçün əmlak və şəxsi qeyri əmlak xarakterli, hər hansı bir mediada qeyri-müstəsna, royati haqqı / qonarar tələb etməyən və tamamilə sub-lisenziya edilə bilən, bir hüquq verir; və (b) Bizə, Sublisenziyaçı və hüquqi varislərimizə, Biz və ya şirkətlər qrupumuzun mülahizəsi əsasında bu İstifadəçi Paylaşımı ilə əlaqədar təqdim etdiyiniz addan istifadə etmək hüququ.

11.5. Yuxarıda sadalanan hüquqların, İstifadəçi Paylaşımı ilə əlaqəli əqli mülkiyyət hüquqlarınızın qorunduğu müddətdə dəyişməz olduğunu qəbul edirsiniz. Müqavilələrin və digər hüquqi sənədlərin tərtibi və icrası da daxil olmaqla bizə ötürdüyünüz yuxarıdakı hüquqlardan hər hansı birinin mükəmməlləşdirilməsi üçün lazım olan bütün əməliyyatları bizim müracitimiz əsasında bizim hesabımıza yerinə yetirməyi qəbul edirsiniz.

12. Qanuni hüquqlarınız və məsuliyyətimizin məhdudlaşdırılması

12.1. Biz öz işçilərimiz və ya agentlərimiz tərəfindən törədilən dələduzluq və saxta məlumatların verilməsi nəticəsində sizə dəyən zərərə görə məsuliyyət daşıyırıq.

12.2. Hadigro Təşkilatçı Xidməti üçüncü tərəf veb səhifələrinə çıxış linkləri əlavə edə bilər. Bu cür üçüncü tərəf səhifələrinin əlçatanlığı, uyğunluğu, etibarlılığı və ya məzmunu görə heç bir məsuliyyət daşımırıq və onların daxilindəkiləri fikirləri mütləq təsdiqləmirik.

12.3. Təşkilatçı Şərtləri pozduğumuz təqdirdə, yalnız ağlabatan şəkildə gözlənilən zərərlərə görə məsuliyyət daşıyırıq: beləki, (i) dəymiş zərər Hadigro veb səhifəsi vasitəsi ilə 3 ay əvvəlki müddət ərzində etdiyiniz ödəniş məbləğindən çox olmayacaq; və (ii) 100 AZN həddində olacaqdır. "Gözlənilən", dedikdə zərərlərin bu Şərtlər daxilində sizin və Bizim tərəfimizdən müvafiq şəkildə nəzərdə tutulduğu mənasını özündə ehtiva edir.

12.4. Biz aşağıdakılara görə məsuliyyət daşımırıq: (i) şərtləri pozmağımız ilə birbaşa əlaqədar olmayan zərərlər; (ii) əsas itki və ya ziyandan qaynaqlanan dolayı zərərlər və bu Şərtlərə daxil olarkən yarana biləcəyini müəyyən şəkildə təxmin edə bilmədiyimiz və ya nəzərdə tutmadığımız zərərlər; (iv) hər hansı bir məlumatın qeyri-dəqiqliyi, gecikməsi, tamlığı və ya faydalılığı nəticəsində yaranan hər hansı bir zərər (hər hansı bir Listinq daxil olmaqla); və ya (v) Hadigro veb səhifəsinin işlənilməsinin təmin edilməməsi və ya Təşkilatçı Şərtləri üzrə öhdəliklərimizin yerinə yetirilməməsi Bizim nəzarətimiz xaricində olan (məsələn, şəbəkə çatışmazlığı) səbəblərdən olduğunda.

12.5. Qanunla qorunanmüəyyən hüquqlarınız var. Təşkilatçı Şərtlərində göstərilən heç bir müddəa (o cümlədən, 12-ci bənd də daxil olmaqla) qanunla müəyyən edilmiş hüquqlarınıza təsir etmir. Bu Təşkilatçı Şərtlərində açıq şəkildə göstərilən müddəalardan başqa, bütün digər şərtlər, tələblər, bəyanatlar, zəmanətlər, öhdəliklər açıq şəkildə ifadə edilməsindən və ya nəzərdə tutulmasından, həmçinin qanun və ya başqa hallardan irəli gəlməsindən asılı olmayaraq qanunla icazə verilən həddə məhdudlaşdırılır.

13. Hüquqi müdafiə üsulları

13.1.  Bu Təşkilatçı Şərtlərini pozduğunuz təqdirdə, (hər hansı digər hüquqlarına və hüquqi müdafiə üsullarına xələl gəlmədən), yalnız öz mülahizəmiz əsasında, hesablarınızın birini və ya hamısını tam və ya qismən dayandıra, dəyişdirə və ya bağlaya bilərik, IP adresinizi və ya cihazınızı bloklamaqla və ya başqa bir qanuni yolla Hadigro veb səhifəsinə çıxışınızı qismən və ya tamamilə məhdudlaşdıra bilərik.

13.2. Həmçinin, Təşkilatçı Şərtlərində nəzərdə tutulan öhdəliklərinizdən hər hansı birini pozmağınız nəticəsində məruz qaldığımız itkilərə və zərərlərə (maddi və ya işgüzar nüfuza dəymiş zərər də daxil olmaqla) görə Sizdən təzminat və kompensasiya tələb etmək hüququmuzu qəbul edirsiniz.

14. Hadigro Təşkilatçı Xidməti veb səhifəsinin əlçatanlığı

Etibarlı xidmət və proqram təminatı ilə təmin etmək üçün ağlabatan səylər göstərdiyimizə baxmayaraq, Hadigro veb səhifəsinin 100% gecikmədən işləyəcəyinə zəmanət vermirik və verə bilmərik. Bütün proqramlar özündə səhvlər ehtiva edə bilər və avadanlıqlarda qüsurlar ola bilər. Siz həmçinin, Hadigro veb səhifəsinə mənfi təsir göstərən problemlərin, qüsurların və ya digər məsələlərin, bizim ağlabatan nəzarətimizdən kənar hallar səbəbindən baş verə biləcəyini də qəbul edirsiniz.

15. Üçüncü tərəflərin hüquqları

SizbuTəşkilatçı Şərtləri üzrə hüquq və ya vəzifələrini, və ya onların bir hissəsini üçüncü şəxsə ötürə, və ya digər şəkildə sərəncam verə bilməzsiniz.

16. Hüquq və öhdəliklərin ötürülməsi

Əvvəlcədən yazılı razılığınız olmadan bu Təşkilatçı Şərtləri altındakı hüquqlarımızı (və əlaqədar istənilən tələbi) üçüncü şəxsə ötürmək hüququmuzu qəbul edirsiniz. 

17. Qanuni hüquqlardan imtina edilmir

Təşkilatçı Şərtlərini pozduğunuz halda və sizə qarşı heç bir tədbir görmədiyimiz təqdirdə, hüquqlarımızdan imtina kimi tövsif olunmur və malik olduğumuz və ya gələcəkdə malik olacağımız hər hansı hüquqları və ya hüquq müdafiə üsullarını istisna etmir.

18. Tam Saziş

18.1. Təşkilatçı Şərtləri özündə sizinlə bizim aramızda razılaşdırılmış bütün müddəaları ehtiva edir və Hadigro veb səhifəsi ilə bağlı əvvəlki razılaşmaları əvəz edir. Bu Təşkilatçı Şərtləri onlara daxil olmayan tərəfimizdən edilən şifahi və ya yazılı bəyanatlar əsasında qəbul etmədiyinizi bildirirsiniz.

18.2. Siz həmçinin, Hadigro Təşkilatçı Xidmətinə giriş və istifadə hüququnuzun aşağıdakılardan asılı olduğunu qəbul edirsiniz:

  •  tətbiq olunan hüquq; və
  •  Veb səhifəyə daxil olduğunuz müvafiq brauzer tərəfindən tətbiq olunan hər hansı bir şərt və ya siyasət.

19. Etibarlılıq

Təşkilatçı Şərtlərinin hər hansı bir müddəasının etibarsızlığı və ya icra oluna bilməməsi (o cümlədən, məhkəmə və ya tənzimləyici orqan tərəfindən qadağan edildikdə və ya etibarsız hesab edildikdə) digər şərtlərin etibarlılığına təsir etməməlidir.

20. Tətbiq olunan Hüquq və Mübahisələr

Bu Təşkilatçı Şərtləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir və ona uyğun təfsir olunur. Hər iki tərəf bu Şərtlərdən irəli gələn və ya onunla bağlı yaranan bütün mübahisələri ilk növbədə tərəflər arasında danışıqlar yolu ilə həll etməyi, həll edilmədikdə, Azərbaycan Respublikası məhkəmələrinin aşağıda qeyd olunan müstəsna yurisdiksiyasına tabe olmağı qəbul edir.

21. Əlaqə məlumatları

Bizimlə və ya Hadigro Təşkilatçı Xidməti ilə bağlı hər hansı bir sualınız, şikayətiniz və ya şərhiniz varsa (Hadigro veb səhifəsinin istənilən məzmununun təhqiredici, böhtan xarakterli və ya üçüncü şəxslərin hüquqlarını pozduğu hallar daxil olmaqla), xahiş edirik info@tripsome.com elektron poçt ünvanı vasitəsilə bizimlə əlaqə saxlayın.