Qiymətə daxildir:
- Peşəkar dulusçu tərəfindən təlim
- Dulusçuluq masterklassı (1 əsər; hazırlanan əsəri iştirakçı özü ilə aparır).
- Bütün lazımi ləvazimatlar və material (çarx, gil, forma verən alət və qəliblər, önlük, və s).
- Boyama texnikası və əsərin rənglərlə dizayn edilməsi (fırça və boyalar təmin olunur).
- Çay süfrəsi və dadlı şirniyyatlar
- Foto sessiya imkanı (öz kameranızla)
- Müddət: Təqribi 1,5 - 2 saat
Qiymət:
- Birdəfəlik: 30AZN
Dil: Sessiya Azərbaycan və Rus dillərində aparıla bilər.
Ünvan: Mərdanov Qardaşları 20 (Tarqovı)
Ləğv qaydası: Qeydiyyatınızı sessiyanın başlamasından 96 saat əvvələ qədər ləğv etmək imkanınız var.
Dulusçuluq Sənəti Haqqında
Dulusçuluğun tarixinin təxminən 20000 il əvvələ qədər uzandığını bilirdiniz? Hətta dünyaca məşhur rəssam Pablo Pikasso da bu sənətə vurularaq öz emalatxanasında 3000-dən çox saxsıqab və heykəl düzəldib.
Proqram
Masterklass bir iştirakçı üçün 1 saat davam edir. Bu fəaliyyətdə iştirakçı saxsı qabların hazırlanmasının müxtəlif üsulları ilə tanış olur və müxtəlif texnikaları istifadə etməklə gilə arzu olunan formanı nəcə verməyi öyrənir. Bir sözlə, əlində olan gil və suyu öz xəyalındakı əsərə necə çevirə biləcəyini kəşf edir. Daha sonra öz zövqünə uyğun əsəri rəngləyir.