Sizi 70-dən çox dəbdən düşməyən retro maşınların, fərqli əntiq əşyaların olduğu muzey turuna dəvət edirik.
Kolleksioner Azad bəy 5 yaşından etibarən bu işlə məşğuldur. Tur ərzində o avtomobillər, əntiq əşyalar, onların tarixi və sahibləri haqqında məlumatları sizlərlə bölüşəcək. Burada 20-ci əsrin sonlarından başlayaraq ABŞ, Almaniya, Avstryiya, digər Avropa ölkələri və keçmiş SSRİ-də istehsal olunmuş nadir avtomobillər nümayiş etdirilir. Muzeydə Hitlerin, Stalinin sevdiyi, Hüsnü Mübarəkin qarajından olan maşınlarla yanaşı, dünyada sadəcə bir neçə nümunəsi olan retro avtomobillər ilə də tanış ola biləcəksiniz.
Qiymət: 180AZN (tək və ya maksimum 10 nəfər üçün nəzərdə tutulan qiymətdir. 10 nəfərdən sonrakı hər əlavə iştirakçı üçün 18AZN ödəniş tələb olunur. Maksimum 20 nəfər iştirak edə bilər).
Tura daxildir:
- Minumum 1 saat izahlı ekskursiya
- Sərbəst fotoçəkiliş
İştirakçı sayı: Minumum 10, maksimum 20 nəfər.
Qeyd:
- Maşınlara əyləşmək, toxunmaq qəti qadağandır.
- Muzeyə maşınlara zərər verə biləcək əşyalar (çanta və s.) ilə daxil olmağa icazə yoxdur.
Ləğv Qaydası: Xidmətin baş tutmasına 96 saat və ya daha çox müddət qaldıqda bilet geri qaytarılarsa və ya dəyişdirilərsə, bilet dəyərinin 20%-i tutulur. Xidmətin baş tutmasına 96 saat və ya daha az müddət qaldıqda bilet geri qaytarılmır və ya dəyişdirilmir.
Отзывов пока нет, будьте первым, кто оставит отзыв об этом занятии.