Biletə daxildir
- 3 mərtəbəli muzeydə ekskursiya
- Peşəkar bələdçi
- Sərbəst foto və video çəkiliş
- Müddət: Ekskursiya üçün təqribi 1.5 saat kifayətdir.
Qiymət:
- Giriş bileti: 8 AZN
- Qrup bileti: 6 AZN (4 və ya daha çox iştirakçı olduqda 1 nəfər üçün bilet qiyməti).
Dil: Azərbaycan və ya Rus (siz seçirsiniz).
Ünvan: Novxanı kəndi, Bakı
Ləğv qaydası: Xidmətin baş tutmasına 96 saat və ya daha çox müddət qaldıqda bilet geri qaytarılarsa və ya dəyişdirilərsə, bilet dəyərinin 20%-i tutulur. Xidmətin baş tutmasına 96 saat və ya daha az müddət qaldıqda bilet geri qaytarılmır və ya dəyişdirilmir.
Neon Muzeyi haqqında
Neon 19-cu əsrin sonlarında öz parlaq işığı və rəngləri ilə rəssamları özünə cəlb etmək üçün kəşf edildiyi gündən xeyli yol keçmiş və sənətə öz yolunu tapmışdır. Neon Sənəti ultrabənövşəyi işığın altında neonun əks olunmasının təsirinə əsaslanan rəsmdir, onun parıltı illüziyası və 3D effekti sayəsində şəkillər canlanır. Fərid Ələkbərov, Azərbaycanın ən mühüm müasir rəssamlarından biridir və ən ikonik neon rəssamlarından biri kimi qəbul edilir. O dünyada ilk və yeganə Neon Sənət Muzeyinin təsisçisidir.
Bakının Novxanı kəndində yerləşən unikal Neon Sənət Muzeyi fasaddan interyerə qədər neon üslubda bəzədilmiş iki mərtəbədən ibarətdir. Muzeyin yerinin seçilməsi təsadüfi deyil, belə ki, rəssam uşaqlıqdan bütün dəyişən əhval-ruhiyyəsi ilə dənizə aşiq olub və o hesab edir ki, dənizin təmiz havası insana sərbəst nəfəs almağa imkan verən tamam başqa hisslər verir.
Muzeydə sözün əsl mənasında döşəmədən tavana kimi bütün səthlər ultrabənövşəyi şüalar altında parıldayan neon rəsmlərlə örtülmüşdür. Muzeydə normal və flüoresan rənglərin kombinasiyalarından istifadə edilmişdir ki, bu rənglər də işıq olmadıqda “işləyir” və qaranlıqda heyrətamiz parıltı effekti yaradır.
Biletlərinizi indi əldə edin.