ANIMAFILM School: Michaël Dudok de Wit: “Yaradıcılıq” masterklası / ANIMAFILM School: Masterclass of Michaël Dudok de Wit: "Creativity"
Tarix və Saat: 9 Sentyabr, 2023, 14:00-16:00
Tədbirin dili: İngilis və Azərbaycan dillərində
Yaş: 13+
Ünvan: Nizami kinoteatrı, kiçik zal
Masterklas haqqında
OSCAR mükafatçısı Michaël Dudok de Witt həvəskar və peşəkarlara unudulmaz “Yaradıcılıq” masterklasını təqdim edir.
Michaël Dudok de Witt: “Biz hamımız yaradıcılığın nə olduğunu bilirik, lakin o, sirli və əlçatmaz olaraq qalır. Mən bu mövzuda öz təcrübə və müşahidələrimi bölüşmək istərdim. Yaradıcılığınızı necə inkişaf etdirəcəyinizə dair bəzi təkliflərim də olacaq.”
Michaël Dudok de Witt Londonda yaşayan holland animatoru, rejissor və illüstratordur. O, "Ata və Qız" (2000) filminə görə “Ən yaxşı qısa animasiya filmi” nominasiyası üzrə OSCAR mükafatı qazanıb, "Qırmızı tısbağa" (2016) filminə görə “Ən yaxşı animasiya filmi” nominasiyası üzrə isə OSCAR mükafatına namizəd olub.
Masterklas Niderlandın Azərbaycandakı Səfirliyinin dəstəyilə keçiriləcək.
6-cı ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı haqqında
ANİMAFİLM Festivalı 6-cı dəfə, Nizami Kino Mərkəzində 6-10 sentyabr tarixlərində keçiriləcəkdir. 5 gün boyunca 19 fərqli tədbir, onlarla animasiya filminin nümayişi, vörkşoplar, master-klasslar və müsabiqələr sizi gözləyir.
Festivalın builki mövzusu “Qadın haqları”dır. Bilet satışından əldə olunacaq gəlir gənc qadın rejissorlarımıza dəstək məqsədilə ianə ediləcək.
Qiymət:
- Standart Bilet - 20 AZN (31 avqust - 9 sentyabr)
Vacib qeydlər:
- Bütün biletlər öncədən yalnız online satılır, yerində satış yoxdur.
- Yerlər məhduddur! Biletləri indidən almağı sizə tövsiyə edirik.
- Festivalın tədbirlərinə 15 dəqiqə qabaqcadan gəlməyiniz xahiş olunur.
- Tamaşaçılar tədbir zamanı zalda istənilən yerdə otura bilərlər.
Ləğv Qaydası: Xidmətin baş tutmasına 96 saat və ya daha çox müddət qaldıqda bilet geri qaytarılarsa və ya dəyişdirilərsə, bilet dəyərinin 20%-i tutulur. Xidmətin baş tutmasına 96 saat və ya daha az müddət qaldıqda bilet geri qaytarılmır və ya dəyişdirilmir.
There are no reviews yet, be the first one to review this activity.