ANIMAFILM School: Uşaqlar üçün vörkşop / ANIMAFILM School: Workshop for Children
Mentor - Ana Chubinidze (Gürcüstan)
Tarix və Saat: 9 Sentyabr, 2023,12:00-15:00
Tədbirin dili: İngilis
Yaş: 7+
Ünvan: Nizami kinoteatrı, konfrans otağı
6-cı ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı haqqında
ANİMAFİLM Festivalı 6-cı dəfə, Nizami Kino Mərkəzində 6-10 sentyabr tarixlərində keçiriləcəkdir. 5 gün boyunca 19 fərqli tədbir, onlarla animasiya filminin nümayişi, vörkşoplar, master-klasslar və müsabiqələr sizi gözləyir.
Festivalın builki mövzusu “Qadın haqları”dır. Bilet satışından əldə olunacaq gəlir gənc qadın rejissorlarımıza dəstək məqsədilə ianə ediləcək.
Bu yaradıcılıq vörkşopunda Ana stop-motion filmlərin bəzi pərdəarxası sirlərini açacaq. İştirakçılar hərəkət edən kağız kuklalar düzəldəcək və kiçik stop-motion animasiyalı GIF-lər çəkəcəklər. İştirakçılara bu vörkşopda isifadə olunacaq avadanlığa dair əvvəlcədən hər hansı biliyə ehtiyac yoxdur, sadəcə olaraq yaradıcı beyinin olması kifayət edər!
In this creative workshop Ana will explain some magic that hides behind the scenes of stop-motion films. Participants will create movable paper puppets and will shoot small stop-motion animated GIFs. Members do not need any prior knowledge of equipment for this workshop, just a creative brain!
Qiymət:
- Standart Bilet - 20 AZN
Vacib qeydlər:
- Bütün biletlər öncədən yalnız online satılır, yerində satış yoxdur.
- Yerlər məhduddur! Biletləri indidən almağı sizə tövsiyə edirik.
- Festivalın tədbirlərinə 15 dəqiqə qabaqcadan gəlməyiniz xahiş olunur.
- Tamaşaçılar tədbir zamanı zalda istənilən yerdə otura bilərlər.
Ləğv Qaydası: Xidmətin baş tutmasına 96 saat və ya daha çox müddət qaldıqda bilet geri qaytarılarsa və ya dəyişdirilərsə, bilet dəyərinin 20%-i tutulur. Xidmətin baş tutmasına 96 saat və ya daha az müddət qaldıqda bilet geri qaytarılmır və ya dəyişdirilmir.
There are no reviews yet, be the first one to review this activity.