Bağlanış mərasimi / Closing Ceremony
Tarix və Saat: 10 Sentyabr, 2023,19:00-21:00
Tədbirin dili: Azərbaycan və ingilis
Yaş: 18+
Ünvan: Nizami kinoteatrı, böyük zal
Festivalın bağlanış mərasimi haqqında
Əsl kinofestivalı təcrübəsi yaşamaq istəyirsinizsə, bu tədbir tam sizin üçündür!
Burada festivala yekun vurulub, nominasiyalar üzrə qaliblər elan olunacaq. Açılışda olduğu kimi burada da tamaşaçılar müxtəlif maraqlı insanlarla tanış ola, çıxışları dinləyə biləcəklər. Qalib filmlər nümayiş etdiriləcək və onların rejissorları öz sözlərini deyəcəklər.
6-cı ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı haqqında
ANİMAFİLM Festivalı 6-cı dəfə, Nizami Kino Mərkəzində 6-10 sentyabr tarixlərində keçiriləcəkdir. 5 gün boyunca 19 fərqli tədbir, onlarla animasiya filminin nümayişi, vörkşoplar, master-klasslar və müsabiqələr sizi gözləyir.
Festivalın builki mövzusu “Qadın haqları”dır. Bilet satışından əldə olunacaq gəlir gənc qadın rejissorlarımıza dəstək məqsədilə ianə ediləcək.
Festivalın mükafatları:
- “Ən yaxşı qısametrajlı animasiya filmi - GRAND PRIX” kateqoriyası üzrə – 1000 ABŞ dolları.
- “Uşaqlar üçün ən yaxşı qısametrajlı animasiya filmi” kateqoriyası üzrə – 500 ABŞ dolları.
- Beynəlxalq müsabiqənin “Uşaqlar üçün ən yaxşı qısametrajlı animasiya filmi” kateqoriyası üzrə mükafatı – 500 ABŞ dolları.
- Yerli müsabiqənin “Ən yaxşı Azərbaycan tələbə qısametrajlı animasiya filmi” kateqoriyası üzrə mükafatı – 300 ABŞ dolları.
- Tamaşaçı rəğbəti mükafatı.
- Tərəfdaşların xüsusi mükafatları.
Qiymət:
- Standart Bilet - 15 AZN (31 avqust - 10 sentyabr)
Vacib qeydlər:
- Bütün biletlər öncədən yalnız online satılır, yerində satış yoxdur.
- Yerlər məhduddur! Biletləri indidən almağı sizə tövsiyə edirik.
- Festivalın tədbirlərinə 15 dəqiqə qabaqcadan gəlməyiniz xahiş olunur.
- Tamaşaçılar tədbir zamanı zalda istənilən yerdə otura bilərlər.
Ləğv Qaydası: Xidmətin baş tutmasına 96 saat və ya daha çox müddət qaldıqda bilet geri qaytarılarsa və ya dəyişdirilərsə, bilet dəyərinin 20%-i tutulur. Xidmətin baş tutmasına 96 saat və ya daha az müddət qaldıqda bilet geri qaytarılmır və ya dəyişdirilmir.
There are no reviews yet, be the first one to review this activity.