ANIMAFILM School: Pitçinq müsabiqəsi / ANIMAFILM School: Pitching Competition
Tarix və Saat: 10 Sentyabr, 2023, 10:00-11:30
Tədbirin dili: İngilis
Yaş: 18+
Ünvan: Nizami kinoteatrı, kiçik zal
Tədbir haqqında
6-cı ANİMAFİLM çərçivəsində “Animasiya filmləri vasitəsilə qadın haqları” adlı vörkşop və maliyyələşdirmə proqramı təşkil olunacaq. Proqram iştirakçıları və tamaşaçılar öz animasiya layihələrini təqdim edəcəklər.
İştirakçılar:
1) Nərmin Quliyeva
2) Leyla Novruzova
3) Zəhraxanım Quluzadə
4) Aygün Baxşiyeva
5) Mehriban Əliyeva
Vörkşop və maliyyələşdirmə proqramı gənc kinematoqrafçılara öz karyeralarına başlamaq üçün unikal imkan yaradacaq və onlara öz animasiya filmlərini işləyib hazırlamağa və maliyyələşdirməyə kömək edəcək.
Layihəni İsveçrənin Azərbaycandakı İnkişaf və Əməkdaşlıq Agentliyi maliyyələşdirir. Layihənin tərəfdaşları Azərbaycan Animasiya Assosiasiyası, “PERİ FİLM” şirkəti, Azərbaycan Kinematoqrafçılar İttifaqı və “Gender Hub Azerbaijan”dır.
6-cı ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı haqqında
ANİMAFİLM Festivalı 6-cı dəfə, Nizami Kino Mərkəzində 6-10 sentyabr tarixlərində keçiriləcəkdir. 5 gün boyunca 19 fərqli tədbir, onlarla animasiya filminin nümayişi, vörkşoplar, master-klasslar və müsabiqələr sizi gözləyir.
Festivalın builki mövzusu “Qadın haqları”dır. Bilet satışından əldə olunacaq gəlir gənc qadın rejissorlarımıza dəstək məqsədilə ianə ediləcək.
Qiymət:
- Standart Bilet - 10 AZN
Vacib qeydlər:
- Bütün biletlər öncədən yalnız online satılır, yerində satış yoxdur.
- Yerlər məhduddur! Biletləri indidən almağı sizə tövsiyə edirik.
- Festivalın tədbirlərinə 15 dəqiqə qabaqcadan gəlməyiniz xahiş olunur.
- Tamaşaçılar tədbir zamanı zalda istənilən yerdə otura bilərlər.
Ləğv Qaydası: Xidmətin baş tutmasına 96 saat və ya daha çox müddət qaldıqda bilet geri qaytarılarsa və ya dəyişdirilərsə, bilet dəyərinin 20%-i tutulur. Xidmətin baş tutmasına 96 saat və ya daha az müddət qaldıqda bilet geri qaytarılmır və ya dəyişdirilmir.
There are no reviews yet, be the first one to review this activity.