Hayao Miyazaki: “Ruhlarla sovrulanlar” / Hayao Miyazaki: Spirited Away
Tarix və Saat: 9 Sentyabr, 2023,18:00-20:00
Filmin dili: Yapon dilində, Azərbaycanca altyazı ilə
Yaş: 10+
Ünvan: Nizami kinoteatrı, böyük zal
Tədbir haqqında
Yaponiyanın mistik anime dünyasına səyahət etməyə hazırsınız?
Əfsanəvi Ghibli Studio-nun OSCAR mükafatı qazanmış şedevri, dahi Hayao Miyadzakinin “Ruhlarla sovrulanlar” anime filmini ilk dəfə böyük ekranda Azərbaycanın ən böyük kinozalında izləyə bilərsiniz.
Filmin süjeti: Baş qəhrəman Çihiro, valideynləri tilsimli lənətin qurbanı olduqda təsadüfən ruhların sirli səltənətinə daxil olan gənc və cəsur bir qızdır. Ruhların və mifik varlıqların yaşadığı bu heyrətamiz dünyada Çihiro valideynlərini xilas etmək və öz gücünü qazanmaq üçün sınaqlardan keçməlidir.
6-cı ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı haqqında
ANİMAFİLM Festivalı 6-cı dəfə, Nizami Kino Mərkəzində 6-10 sentyabr tarixlərində keçiriləcəkdir. 5 gün boyunca 19 fərqli tədbir, onlarla animasiya filminin nümayişi, vörkşoplar, master-klasslar və müsabiqələr sizi gözləyir.
Festivalın builki mövzusu “Qadın haqları”dır. Bilet satışından əldə olunacaq gəlir gənc qadın rejissorlarımıza dəstək məqsədilə ianə ediləcək.
Qiymət:
- Standart Bilet - 7 AZN
Vacib qeydlər:
- Bütün biletlər öncədən yalnız online satılır, yerində satış yoxdur.
- Yerlər məhduddur! Biletləri indidən almağı sizə tövsiyə edirik.
- Festivalın tədbirlərinə 15 dəqiqə qabaqcadan gəlməyiniz xahiş olunur.
- Tamaşaçılar tədbir zamanı zalda istənilən yerdə otura bilərlər.
Ləğv Qaydası: Xidmətin baş tutmasına 96 saat və ya daha çox müddət qaldıqda bilet geri qaytarılarsa və ya dəyişdirilərsə, bilet dəyərinin 20%-i tutulur. Xidmətin baş tutmasına 96 saat və ya daha az müddət qaldıqda bilet geri qaytarılmır və ya dəyişdirilmir.