Mükafata layiq görülmüş ən yaxşı Hindistan animasiya filmləri / Best of Indian Award-Winning Animation
Tarix və Saat: 8 Sentyabr, 2023, 17:00-18:30
Filmlərin dili: Orijinal dildə, ingiliscə alt yazı ilə
Yaş: 7+
Ünvan: Nizami kinoteatrı, kiçik zal
6-cı ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı haqqında
ANİMAFİLM Festivalı 6-cı dəfə, Nizami Kino Mərkəzində 6-10 sentyabr tarixlərində keçiriləcəkdir. 5 gün boyunca 19 fərqli tədbir, onlarla animasiya filminin nümayişi, vörkşoplar, master-klasslar və müsabiqələr sizi gözləyir.
Festivalın builki mövzusu “Qadın haqları”dır. Bilet satışından əldə olunacaq gəlir gənc qadın rejissorlarımıza dəstək məqsədilə ianə ediləcək.
Tədbir haqqında
Sizi daha əvvəl heç yerdə izləmədiyiniz, ən yaxşı hind animasiya filmlərinə baxmağa dəvət edirik. Onları şəxsən Hindistanın VFX, XR, oyun, komikslər və animasiya üzrə ilk beynəlxalq festivalı olan AniMela-nın direktoru Kireet Khurana seçib. Tədbirin proqramını da şəxsən Kireet Khurana özü təqdim edəcək.
Nümayiş etdiriləcək hind animasiya filmlər:
- Aşma / Wade, rejissor Upamanyu Bhattacharyya
- Bir başlanğıcın hekayəsi / Story of a Beginning, rejissor Balaram J. Warrier
- Biz şəkil çəkirik / Hum Chitra Banate Hai, rejissor Nina Sabnani
- Bazar günü səhər / Sunday Morning, rejissor Vinnie Ann Bose
- Meşənin Ruhu / Spirit of the Forest, rejissorlar Nandini Rao, Nirupa Rao, Kalp Sanqvi
- Səbət / Tokri, rejissor E. Suresh
Qiymət:
- Standart Bilet - 10 AZN (31 avqust - 8 sentyabr)
Vacib qeydlər:
- Bütün biletlər öncədən yalnız online satılır, yerində satış yoxdur.
- Yerlər məhduddur! Biletləri indidən almağı sizə tövsiyə edirik.
- Festivalın tədbirlərinə 15 dəqiqə qabaqcadan gəlməyiniz xahiş olunur.
- Tamaşaçılar tədbir zamanı zalda istənilən yerdə otura bilərlər.
Ləğv Qaydası: Xidmətin baş tutmasına 96 saat və ya daha çox müddət qaldıqda bilet geri qaytarılarsa və ya dəyişdirilərsə, bilet dəyərinin 20%-i tutulur. Xidmətin baş tutmasına 96 saat və ya daha az müddət qaldıqda bilet geri qaytarılmır və ya dəyişdirilmir.
There are no reviews yet, be the first one to review this activity.