ANIMAFILM School. Masterklas: “Hədis” necə istehsal olunub / ANIMAFILM School. Masterclass: Making of Hadis
Tarix / Saat: 8 Sentyabr, 2023, 14:00-15:00
Tədbirin dili: Azərbaycan dilində
Yaş: 18+
Ünvan: Nizami kinoteatrı, kiçik zal
Bu masterklasda “Hədis” animasiya filminin istehsalı barədə faydalı məlumatları əldə edəcəksiz. Qonaqlar arasında rejissor Nəzrin Ağamalıyeva, prodüser Rəşid Ağamalıyev, ssenari müəllifi İsmayıl İman, məsləhətçi Məsud Pənahi, redaktor Rafiq Məmmədli, animator Firəngiz Bağırova və storyboard rəssamı Kübra Binnətova da olacaq.
“Hədis” filmi simvolik olaraq qarğaların hökm sürdüyü ədalətsiz dünyada haqq-ədalət uğrunda mübarizə aparan gənc qız haqqındadır.
“Hədis” qısametrajlı animasiya filmi 2022-ci ilin sentyabrın 21-də İranda etiraz aksiyaları zamanı təhlükəsizlik qüvvələri tərəfindən qətlə yetirilmiş 22 yaşlı Azərbaycan Türkü Hədis Nəcəfiyə həsr olunub, İranda gender, etnik və mədəni ayrıseçkiliklə mübarizə aparanlara ithaf olunub.
“ANİMAFİLM Studio” animasiya studiyasının istehsal etdiyi “Hədis” filmi “Şimali Kaliforniya Azərbaycan Mədəniyyəti Mərkəzi”nin maliyyə və ideya dəstəyilə çəkilib. Azərbaycan Animasiya Assosiasiyası, “Əkinçi” platforması və “Skwigly” online animasiya jurnalı filmə media dəstəyi verib.
Masterklas İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyinin dəstəyilə keçiriləcək.
Qiymət:
- Standart Bilet - 7 AZN
Vacib qeydlər:
- Bütün biletlər öncədən yalnız online satılır, yerində satış yoxdur.
- Yerlər məhduddur! Biletləri indidən almağı sizə tövsiyə edirik.
- Festivalın tədbirlərinə 15 dəqiqə qabaqcadan gəlməyiniz xahiş olunur.
- Tamaşaçılar tədbir zamanı zalda istənilən yerdə otura bilərlər.
Ləğv Qaydası: Xidmətin baş tutmasına 96 saat və ya daha çox müddət qaldıqda bilet geri qaytarılarsa və ya dəyişdirilərsə, bilet dəyərinin 20%-i tutulur. Xidmətin baş tutmasına 96 saat və ya daha az müddət qaldıqda bilet geri qaytarılmır və ya dəyişdirilmir
There are no reviews yet, be the first one to review this activity.