Mentor - Tehzeeb Khurana (Hindistan)
Tarix / Saat: 8 Sentyabr, 2023, 12:00-15:00
Tədbirin dili: İngiliscə
Yaş: 7+
Ünvan: Nizami kinoteatrı, konfrans otağı
6-cı ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı haqqında
ANİMAFİLM Festivalı 6-cı dəfə, Nizami Kino Mərkəzində 6-10 sentyabr tarixlərində keçiriləcəkdir. 5 gün boyunca 19 fərqli tədbir, onlarla animasiya filminin nümayişi, vörkşoplar, master-klasslar və müsabiqələr sizi gözləyir.
Festivalın builki mövzusu “Qadın haqları”dır. Bilet satışından əldə olunacaq gəlir gənc qadın rejissorlarımıza dəstək üçün sərf ediləcək.
Vörkşop haqqında
Animasiya və rəssamlığa həvəsi olan bütün uşaqlar bu unikal vörkşopa dəvətlidir.
Hindistanlı animasiya rejissoru və rəssam Tehzeeb Khurana uşaqlara əvvəlcə kineoqrafların tarixçəsi və animasiyasının atası hesab olunan Winsor McJay-in oğlunun yaratdığı flipbukları gördükdən sonra necə film çəkmək üçün ilhamlandığından danışacaq. Maraqlı söhbətdən sonra o, uşaqlara animasiyada yavaş və sürətli hərəkət anlayışını öyrədəcək və onlar birlikdə nümunə animasiyaları izləyəcəklər. Bu vörkşopda övladınız sadəcə riyazi bölgülü dəftərdən istifadə edərək frame by frame texnikasında ilk animasiyalarını yaradacaqdır.
Qiymət:
- Standart Bilet - 20 AZN
Vacib qeydlər:
- Bütün biletlər öncədən yalnız online satılır, yerində satış yoxdur.
- Yerlər məhduddur! Biletləri indidən almağı sizə tövsiyə edirik.
- Festivalın tədbirlərinə 15 dəqiqə qabaqcadan gəlməyiniz xahiş olunur.
- Tamaşaçılar tədbir zamanı zalda istənilən yerdə otura bilərlər.
Ləğv Qaydası: Xidmətin baş tutmasına 96 saat və ya daha çox müddət qaldıqda bilet geri qaytarılarsa və ya dəyişdirilərsə, bilet dəyərinin 20%-i tutulur. Xidmətin baş tutmasına 96 saat və ya daha az müddət qaldıqda bilet geri qaytarılmır və ya dəyişdirilmir.
There are no reviews yet, be the first one to review this activity.