Pandemiyadan öncə getdiyiniz festivallar, kinoteatrda baxdığınız filmlər üçün darıxmısınız? Elə isə sizə şad xəbərimiz var!
IV ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı 3-7 sentyabr 2021-ci il tarixində canlı (offline) formada Bakıda keçiriləcək. Festival beş gün ərzində uşaqlar və böyüklər üçün çəkilmiş onlarla yerli və xarici animasiya filmlərini təqdim edəcək! Builki festivalın mövzusu “ƏLİLLİK” olacaq.
Proqrama nələr daxildir?
ANİMAFİLM Festivalı boyunca siz həyəcanlı bir müsabiqəyə şahidlik edəcəksiniz. 40 müxtəlif ölkədən 128 əsərin daxil olduğu müsabiqədə iştirakçılar 12 yerli və xarici müsabiqə kateqoriyalar üzrə mükafat uğrunda yarışacaqlar.
Həmçinin festivalın müsabiqədənkənar və peşəkar proqramları da bu il çox zəngindir: Fransa, Polşa, Özbəkistan filmləri, animasiya vorkşopları və daha nələr-nələr!
Vacib qeydlər:
- Festivalın tədbirlərinə giriş ödənişlidir.
- Bilet satışından əldə olunan gəlir fiziki məhdudiyyətli uşaqların ehtiyacları üçün sərf ediləcək.
- Yerlər məhduddur! Biletləri indidən almağı sizdən xahiş edirik.
- Əlilliyi olan şəxslərin Festivalda iştirakı üçün ödənişsiz nəqliyyat təmin ediləcəkdir. Öncədən qeydiyyat vacibdir: https://forms.gle/7rVVJ3nwtbxKoBxE9
- Festivalın Facebook event-inə qoşulmağa dəvət edirik: https://fb.me/e/2hWpJFBOz
- Tədbirdə iştirak Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarları əsasında tənzimlənəcəkdir.
Tədbirlərin dili:
- Müsabiqə proqamının bütün filmləri orijinal dilində ingiliscə alt yazı ilə nümayiş etdiriləcək. Həmçinin, bəzi xarici filmlər azərbaycanca alt yazı ilə nümayiş etdiriləcək.
- Açılış və bağlanış mərasimləri Azərbaycan və İngilis dilində, işarə dili müşayiəti ilə keçiriləcək.
Festival 3 məkanda baş tutacaq:
- AKİ - Azərbaycan Kinematoqrafçılar İttifaqı. Ünvan: Həsən Seyidbəyli küçəsi, 18. Xəritə: https://goo.gl/maps/R2xBdX1Evsb8SV399
- Salaam Cinema. Ünvan: Süleyman Rüstəm 10. Xəritə: https://goo.gl/maps/ZMvhnzzg8wLoaU989
- YARAT Müasir İncəsənət Mərkəzi. ARTIM Layihə Məkanı. Ünvan: İçərişəhər, Kiçik Qala küçəsi 5
Təşəkkür edirik!
Festivalın təşkilatçısı “PERİ FİLM” MMC şirkəti, IV ANİMAFİLM Festivalının ərsəyə gəlməsində dəstəyi olan bütün tərəfdaşlara və dostlara, xüsusilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə, Azərbaycan Kinematoqrafçılar İttifaqına, Kreativ Azərbaycan portalına, Fransanın Azərbaycandakı səfirliyinə, Azərbaycandakı Fransız İnstitutuna, Annecy Beynəlxalq Animasiya Film Festivalına, Salaam Sinemaya, “Hadigro” şirkətinə, “Mr Chemical” şirkətinə, ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyinə, Çexiya Respublikasının Azərbaycandakı səfirliyinə, YARAT Müasir İncəsənət Mərkəzinə və “Ritual Mobil Theater Laboratory” teatr platformasına səmimi təşəkkürünü bildirir.
Əlaqə:
animafilm.biaf@gmail.com
www.animafilm.az
FESTİVALIN PROQRAMI
1-Cİ GÜN (3 sentyabr/Məkan: Azərbaycan Kinematoqrafçılar İttifaqı)
- 10:00-12:30 Müsabiqə: Uşaqlar üçün ən yaxşı qısametrajlı animasiya filmi + Uşaqlar tərəfindən çəkilmiş ən yaxşı qısametrajlı animasiya filmi (Yaş 7+);
- 13:00-15:00 Müsabiqə: Ən yaxşı Azərbaycan qısametrajlı animasiya filmi (Yaş 18+);
- 15:30-17:00 Müsabiqə: Ən yaxşı qısametrajlı animasiya filmi - GRAND PRIX - A (Yaş 18+);
- 19:00-22:00 Festivalın Açılış mərasimi (Yaş 18+) işarə dilinin müşayiəti ilə;
2-Cİ GÜN (4 sentyabr/Məkan: Azərbaycan Kinematoqrafçılar İttifaqı və Salaam Cinema)
- 10:00-11:30 Müsabiqə: Ən yaxşı televiziya animasiya seriyalı (Məkan: AKİ: Yaş 10+)
- 12:00-13:30 Müsabiqə: Ən yaxşı qısametrajlı tələbə animasiya filmi - A (Məkan: AKİ; Yaş 18+);
- 14:00-15:30 Müsabiqə: The Knight and The Princess - Ən yaxşı tammetrajlı animasiya filmi - GRAND PRIX (Məkan: AKİ; Yaş 14+);
- 16:30-18:00 Olivier Catherin ilə vörkşop ÖDƏNİŞSİZ öncədən qeydiyyatla (Məkan: Salaam; Yaş 18+) Qeydiyyat üçün link: https://forms.gle/Cw7fKbjZGcHo8vjj7
- 19:00-21:00 Ernest və Selestina - uşaqlar üçün tammetrajlı film. ÖDƏNİŞSİZ öncədən qeydiyyatla (Məkan: Salaam; Yaş 7+) Qeydiyyat üçün link: https://forms.gle/r6Z92gmej1Z9uKsMA
3-CÜ GÜN (5 sentyabr/Məkan: Azərbaycan Kinematoqrafçılar İttifaqı və Salaam Cinema)
- 12:00-13:30 Məsud Pənahi ilə ustad dərsi (Məkan: AKİ; Yaş 18+);
- 14:00-15:30 Müsabiqə: Ən yaxşı qısametrajlı tələbə animasiya filmi - B (Məkan: AKİ; Yaş 18+);
- 16:30-18:00 Workhop with Nancy Denney-Phelps və Nik Phelps ilə vörkşop TUNES AND TOOMS (Məkan: Salaam; Yaş 18+);
- 19:00-21:00 Müsabiqə: Ən yaxşı qısametrajlı animasiya filmi - GRAND PRIX - B (Məkan: Salaam; Yaş 18+);
4-CÜ GÜN (6 sentyabr/Məkan: Azərbaycan Kinematoqrafçılar İttifaqı və Salaam Cinema)
- 10:00-11:30 Müsabiqə: Ən yaxşı musiqili animasiya videosu + Ən yaxşı qısametrajlı eksperimental və ya abstrakt animasiya filmi (Məkan: AKİ; Yaş 18+);
- 12:00-13:30 Kabul qaranquşları ÖDƏNİŞSİZ öncədən qeydiyyatla (Məkan: AKİ; Yaş 18+); Qeydiyyat üçün link: https://forms.gle/oVjzkWDxwAzFMCuL8
- 14:00 - 15:30 Müsabiqə: Benyamin - Ən yaxşı tammetrajlı animasiya filmi - GRAND PRIX (Məkan: AKİ; Yaş 7+);
- 16:00-17:30 Özbəkistan animasiyası (Məkan: AKİ; Yaş 7+);
- 19:00 - 21:00 Müsabiqə; Ən yaxşı qısametrajlı animasiya filmi - GRAND PRIX - C (Məkan: Salaam; Yaş 18+)
5-Cİ GÜN (7 sentyabr/Məkan: Azərbaycan Kinematoqrafçılar İttifaqı və Salaam Cinema)
- 10:00-11:30 Müsabiqə: Blood of the Family Tree - Ən yaxşı tammetrajlı animasiya filmi - GRAND PRIX (Məkan: AKİ; Yaş 18+);
- 12:00-13:30 Ramiz Ağayev - Azərbayan animasiyasına verdiyi töhvəyə görə “Qızıl Qayıq” mükafatı (Məkan: AKİ; Yaş 7+);
- 14:00-15:30 O!PLA: Focus on Poland'21 (Məkan: AKİ; Yaş 18+);
- 19:00-20:00 Bağlanış Mərasimi (Məkan: Salaam; Yaş 18+) işarə dilinin müşayiəti ilə