Michaël Dudok de Wit: "Qırmızı tısbağa" / Michaël Dudok de Wit: The Red Turtle
Tarix və Saat: 8 Sentyabr, 2023, 19:00-21:00
Tədbirin dili: Azərbaycan və ingilis
Yaş: 7+
Ünvan: Nizami kinoteatrı, böyük zal
Tədbir haqqında
OSCAR mükafatına layiq görülmüş əfsanəvi Ghibli Studio-nun çəkdiyi bu filmi rejissor Michael Dudok De Wit şəxsən özü təqdim edəcək.
Filmin süjeti: Gəmi kimsəsiz adada qəzaya uğrayır və gəmidən olan adam qırmızı tısbağa ilə qarşılaşır və bu onun həyatını dəyişir.
Michaël Dudok de Witt Londonda yaşayan holland animatoru, rejissor və illüstratordur. O, "Ata və Qız" (2000) filminə görə “Ən yaxşı qısa animasiya filmi” nominasiyası üzrə OSCAR mükafatı qazanıb, "Qırmızı tısbağa" (2016) filminə görə “Ən yaxşı animasiya filmi” nominasiyası üzrə isə OSCAR mükafatına namizəd olub.
Filmin nümayişi Niderland Krallığının Azərbaycandakı Səfirliyinin dəstəyilə keçiriləcək.
6-cı ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı haqqında
ANİMAFİLM Festivalı 6-cı dəfə, Nizami Kino Mərkəzində 6-10 sentyabr tarixlərində keçiriləcəkdir. 5 gün boyunca 19 fərqli tədbir, onlarla animasiya filminin nümayişi, vörkşoplar, master-klasslar və müsabiqələr sizi gözləyir.
Festivalın builki mövzusu “Qadın haqları”dır. Bilet satışından əldə olunacaq gəlir gənc qadın rejissorlarımıza dəstək məqsədilə ianə ediləcək.
Qiymət:
- Standart Bilet - 7 AZN
Vacib qeydlər:
- Bütün biletlər öncədən yalnız online satılır, yerində satış yoxdur.
- Yerlər məhduddur! Biletləri indidən almağı sizə tövsiyə edirik.
- Festivalın tədbirlərinə 15 dəqiqə qabaqcadan gəlməyiniz xahiş olunur.
- Tamaşaçılar tədbir zamanı zalda istənilən yerdə otura bilərlər.
Ləğv Qaydası: Xidmətin baş tutmasına 96 saat və ya daha çox müddət qaldıqda bilet geri qaytarılarsa və ya dəyişdirilərsə, bilet dəyərinin 20%-i tutulur. Xidmətin baş tutmasına 96 saat və ya daha az müddət qaldıqda bilet geri qaytarılmır və ya dəyişdirilmir.