Tripsome Üçün Xidmət Şərtləri

Son yenilənmə tarixi: 28 yanvar 2021-ci il


1. Şərtlər

Bu istifadəçilər üçün xidmət şərtləri (“Şərtlər”) hüquqi ünvanı Əhməd Rəcəbli 159, Nərimanov rayonu, Bakı şəhəri, Azərbaycan olan “Hadigro” adı altında kommersiya fəaliyyəti göstərən (müvafiq olaraq “Bizə”, “Biz” və ya “Bizim” kimi təfsir ediləcək) Hadigro MMC şirkəti ilə sizin aranızda hüquqi müqavilə olmaqla və öz mülahizəmiz əsasında Sizə Tripsome (www.tripsome.com) veb səhifəsinə giriş və istifadə etməyə icazə verdiyimiz şərtləri ehtiva edir (masa üstü, tablet və mobil telefon da daxil olmaqla bütün versiyalara şamil olunur) (bundan sonra birlikdə "Veb səhifə" adlandırılacaq).


2. Tripsome veb səhifəsinə dair vacib Bildiriş

2.1. Tripsome veb səhifəsinə daxil olmaqla Siz bu Şərtləri oxuduğunuzu, başa düşdüyünüzü və qəbul etdiyinizi təsdiq edir və Sizinlə Tripsome arasında hüquqi öhdəlik yaradan bu Şərtləri qəbul etdiyinizə dair razılıq verirsiniz. Şərtlər yalnız İngilis, Azərbaycan və Rus dillərində mövcuddur.

2.2. Tripsome veb səhifəsi, Sizin nəzərinizə ünvanlanan Bizim tərəfimizdən və ya müvafiq əməliyyatların üçüncü tərəf təşkilatçıları (Təşkilatçılar) tərəfindən yerləşdiriləcək müəyyən əməliyyatlar üçün siyahıların ("Listinqlər") olduğu onlayn platformadan ibarətdir. Siz bununla Tripsome veb səhifəsi vasitəsilə Tripsome veb səhifəsinə aid olmayan birbaşa olaraq hər hansı üçüncü tərəflə əməliyyatlar həyata keçirə bildiyinizi və ya veb səhifəsinin funksionallığından istifadə edərək, müəyyən bir Listinqlə əlaqədar Tripsome veb səhifəsi vasitəsilə müəyyən bir xidmət üçün sifariş verdiyinizi və Bizim yalnız vasitəçi kimi fəaliyyət göstərdiyimizi və Sizin müvafiq Təşkilatçı ilə əməliyyat aparırdığınızı təsdiq edirsiniz. Siz həmçinin, hər Listinqdə sadalanan müvafiq əməliyyatın təmin edilməsi üçün məsul qurumun Biz deyil Təşkilatçının olduğunu qəbul edirsiniz.

2.3. Biz Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş "Hadigro" adı altında kommersiya fəaliyyət göstərən, hüquqi ünvanı Əhməd Rəcəbli 159, Nərimanov rayonu, Bakı şəhəri, Azərbaycan olan Hadigro MMC şirkətiyik.

2.4. Siz GPRS, 4G, 3G və ya Wi-Fi ilə təmin olunmuş mobil cihaz vasitəsilə internetə qoşulmadığınız halda veb səhifənin müəyyən funksiyalarına giriş edə bilməyəcəyinizi və istifadə edə bilməyəcəyiniz ilə razılaşırsınız. Veb səhifədən istifadəyə görə yaranan bütün trafik və ya giriş xərclərinə mobil şəbəkə təminatçınızla razılaşdırılmış şərtlər şamil olunur.


3. Hesab

3.1. Hesab yaratmadan Tripsome veb səhifəsinə giriş edə bilsəniz də, müəyyən funksionallıqlara (məsələn, əməliyyatların yaddaşda saxlanılması) daxil olmaq üçün hesab yaratmağınız lazımdır.

3.2. Tripsome-da hesab yaratmaqla siz:

3.2.1. Qeydiyyat prosesi zamanı tərəfinizdən təqdim edilmiş məlumatların yoxlanılmasına və təhlükəsizlik tədbirlərinin həyata keçirilməsinə razılıq verirsiniz;

3.2.2. Giriş və hesab məlumatlarınızı məxfi və təhlükəsiz şəkildə saxlamağa razılıq verirsiniz.


4. Tripsome veb səhifəsinə və bu Şərtlərə dəyişikliklər

4.1. Elementlər əlavə etmək, silmək və ya dəyişdirmək də daxil olmaqla Tripsome veb səhifəsini istənilən vaxt dəyişdirmək hüququnu özümüzdə saxlayırıq (sizə üstünlük və ya dezavantaj verə biləcək). Tripsome veb səhifəsində ciddi dəyişikliklər ediləcəyi təqdirdə sizə bu barədə ağlabatan bildiriş təqdim ediləcək.

4.2. Bu Şərtləri hüquqi məsələlər və ya biznes ilə əlaqədar olaraq dəyişdirə bilərik və bu cür dəyişiklikləri Xidmət Şərtləri səhifəsində paylaşaraq bildiriş təqdim edəcəyik.

4.3. Tripsome veb səhifəsini və ya Şərtlərini sizin zərərinizə dəyişdirəcəyimiz təqdirdə, Tripsome veb səhifəsindən istifadənizi istənilən vaxt dayandıra bilərsiniz. Tripsome veb səhifəsindən istifadənizi ləğv etməyiniz haqqında daha ətraflı məlumat üçün bu Şərtlərin 10-cu bölməsinə nəzər yetirin.


5. Bizə verdiyiniz Bəyanat

5.1. Siz 18 yaş və daha yuxarı yaşda olduğunuzu təsdiq edirsiniz.

5.2. Siz həmçinin, bizə verdiyiniz bütün məlumatların və təfərrüatların (hesab açmaq üçün qeydiyyatdan keçərkən bildirdiyiniz məlumatlar da daxil olmaqla) hər cəhətdən və hər zaman doğru, dəqiq və yenilənmiş olduğunu təsdiq edirsiniz. Şəxsi məlumatlarınızı istənilən vaxt Tripsome veb səhifəsinin hesab ayarları bölməsindən yeniləyə və ya onlara düzəliş edə bilərsiniz.


6. Fərdi məlumat

6.1. Məxfiliyinizi qorumaq bizim üçün çox vacibdir. Məxfiliyinizin qorunması, habelə məlumatlarınızın istifadə edilməsi və açıqlanması ilə bağlı öhdəliklərimizi daha yaxşı anlamaq üçün Məxfilik Siyasətimizi nəzərdən keçirməyinizi xahiş edirik. Fərdi məlumatlarınızı Məxfilik Siyasətimizdə təsvir edildiyi kimi istifadə etməyimizə razılıq verirsiniz.

6.2. Vəfat etdiyinizdə bütün şəxsi məlumatlarınızın və Tripsome veb səhifəsinin sizə təqdim etdiyi digər hesab məlumatlarınızın indeksləşdirilməsinə və Tripsome veb səhifəsində göstərilməsinin davam edəcəyinə razılıq verirsiniz.

6.3. Tripsome veb səhifəsinin etibarlılığını təmin etmək üçün hər cür səy göstərilməsinə baxmayaraq, internet ötürülmələrinin heç vaxt tamamilə fərdi və ya təhlükəsiz olmadığını qəbul edir və razılaşırsınız. Siz bununla Tripsome veb səhifəsindən istifadə edərək paylaşdığınız, göndərdiyiniz və ya bölüşdüyünüz hər hansı bir məlumatın başqaları tərəfindən oxuna və ya ələ keçirilə biləcəyini başa düşdüyünüzü təsdiq edirsiniz.

6.4. Xahiş edirik nəzərə alasınız ki, Tripsome veb səhifəsindəki tətbiqetmələrə keçidlər əlavə etdiyimiz, Təşkilatçıların və ya digər üçüncü tərəflərin səhifələrinə və ya xidmətlərinə, hər hansı bir Listinq vasitəsi ilə və ya başqa bir şəkildə keçidlər daxil etdiyimiz yerlərdə, üçüncü tərəflərin məxfilik ilə bağlı təcrübələrindən və ya sizin haqqınızda topladıqları fərdi məlumatları idarə etmə qaydalarından dolayı məsuliyyət daşımırıq. Beləki, siz üçüncü tərəfin veb səhifələrini və ya xidmətlərini istifadə etməzdən əvvəl onların məxfilik siyasətlərini diqqətlə oxuduğunuzdan əmin olmalısınız.


7. Tripsome veb səhifəsindən istifadə etmək hüquqlarınız

7.1. Bu Şərtlərə riayət etməyiniz şərtilə sizə yalnız öz şəxsi istifadəniz üçün Tripsome veb səhifəsinə giriş etmək və ondan istifadə etmək üçün geri götürülə bilən, ötürülə bilməyən və qeyri-müstəsna olmayan lisenziya veririk.

7.2. Tripsome veb səhifəsini istifadə etməyinizlə, Tripsome veb səhifəsində və ya bu Şərtlərdə müəyyən olunmuş qaydada Tripsome veb səhifəsindən istifadə etmək hüququ istisna olmaqla Tripsome veb səhifəsinə və ya Əqli Mülkiyyət Hüquqlarımıza da (müəlliflik hüququ, əmtəə nişanları və patentlər daxilində) hər hansı bir hüquq əldə etmədiyinizi qəbul edirsiniz.


8. Xərclər və ödənişlər

8.1. Siz veb səhifəyə ödənişsiz daxil ola bilərsiniz.

8.2. Müəyyən bir Siyahı (Listinq) ilə əlaqədar Tripsome veb səhifəsi vasitəsilə bir Təşkilatçı ilə əməliyyat aparmağa qərar verəcəyiniz halda, Tripsome veb səhifəsi vasitəsilə müəyyən Təşkilatçıya ödəyəcəyiniz müvafiq ödəniş Listinqdə göstəriləcəkdir. İşi birbaşa sözügedən məsul Təşkilatçı ilə apardığınızı nəzərə alaraq, müvafiq fəaliyyət üçün qiymətin/ xidmət haqqının bu Təşkilatçı tərəfindən müəyyənləşdirildiyi və müvafiq Siyahıda göstərildiyi kimi olacağını qəbul edirsiniz. Bizim bu qiymətə dəyişiklik etmək səlahiyyətimiz yoxdur.

8.3. Xərclər müvafiq yerli vergilər daxil olmaqla qeyd edilir. Digər məlumatlar (qəbul edilmiş ödəmə metodlarımızın təfərrüatları da daxil olmaqla) satınalmadan əvvəl qeyd olunacaqdır.

8.4. Sifarişinizi təsdiqlədikdən qısa müddət ərzində, Bizdən satınalmanın təfərrüatları barədə elektron təsdiq məktubu (e-poçt) alacaqsınız, həmçinin təsdiq məktubumuzda da bu cür əməliyyat üçün Bizim yalnız vasitəçi və ödəmə agenti kimi fəaliyyət göstərdiyimiz və həmin alqı-satqı əməliyyatının müvafiq Təşkilatçı tərəfindən təsdiq edildiyini və müvafiq alqı-satqı əməliyyatı həyata keçirilənədək tərəfinizdən təsdiq edilən Təşkilatçının müəyyən etdiyi şərtlər və qaydaların şamil olunduğu təsdiqlənəcək. Siz həmçinin, müvafiq Təşkilatçıdan əlavə təsdiq elektron məktubu da ala bilərsiniz.

8.5. Kredit və ya debet kartı ilə əməliyyat apararkən, istifadə olunan kredit və ya debet kartının sizə aid olduğunu təsdiqləyirsiniz. Kredit və debet kartlarının bütün sahibləri kartın emitenti tərəfindən qiymətləndirilir və avtorizasiya olunur. Kartınızın emitenti ödənişə icazə verməkdən imtina edərsə, Biz əməliyyatı qəbul etməyəcəyik. İmtina səbəbi barədə sizə məlumat vermək öhdəliyimiz yoxdur. İstədiyiniz sifarişə uyğun olaraq kredit və ya debet kartınızdan ödəmələri həyata keçirməyimiz nəticəsində kart emitentinizdən və ya bankınızdan sizə pul tutmasına görə məsuliyyət daşımırıq. Ödəniş kartınızdan çıxılan hər hansı bir ödənişlə əlaqədar olaraq etiraz etsəniz, müvafiq əməliyyatı müzakirə etmək üçün ilkin olaraq bizimlə əlaqə saxlamağınızı məsləhət görürük.


9. Tripsome veb səhifəsinin istifadəsi ilə bağlı məhdudiyyətlər

Siz bununla razılaşırsınız:

9.1. Tripsome veb səhifəsinin (və ya onun hər hansı bir hissəsinin) Şərtlərə uyğun olaraq Tripsome veb səhifəsinin istifadəsi ilə bağlı hallar istisna olmaqla surətini çıxarmamaq;

9.2. Tripsome veb səhifəsinə bütövlükdə və ya onun hər hansı bir hissəsində yenilənmə və ya dəyişikliklər edilməməsi və Tripsome veb səhifəsinin və ya onun hər hansı bir hissəsinin digər proqramlarla birləşdirilməsinə və ya onlara əlavə edilməsinə icazə verməmək;

9.3. Tripsome veb səhifəsində verilənləri bütövlükdə və ya hər hansı bir hissəsini çıxarmamaq, hissələrə ayırmamaq, tərtib etməmək və ya törəmə əsərlər yaratmamaq;

9.4. Bizim əvvəlcədən verilmiş yazılı icazəmiz olmadan, müəlliflik hüququ ilə qorunan hər hansı bir məlumatı, brendi, əmtəə nişanını və ya loqomuzu silmək, dəyişdirmək, modifikasiya etmək və ya onlardan adımıza və işgüzar nüfuzumuza ədalətsiz olaraq mənfi təsir göstərə biləcək şəkildə faydalanmaq və ya bizə məxsus olan və / və ya lisenziyalaşdırılan (qeydiyyatdan keçən) əqli mülkiyyət hüquqlarının hər hansı birinin pozulması hesab ediləcək hər hansı bir fəaliyyət göstərməmək;

9.5. Tripsome veb səhifəsindən istifadə üçün alternativ serverlər yaratmamaq;

9.6. Tripsome veb səhifəsinin bir hissəsi kimi sizə təqdim edilən məlumatın düzgünlüyünə etibar etməmək;

9.7. Tripsome veb-səhifəsi ilə avtomatik qarşılıqlı əlaqədə olan, istifadəçi ilə qarşılıqlı əlaqənin səviyyəsinin bu proqram təminatı olmadan tələb olunandan daha az edən hər hansı proqram təminatından istifadə etməmək və ya yaratmamaq, (veb-səhifəyə daxil olmaq üçün tələb olunan hallar istisna olmaqla);

9.8. Tripsome veb səhifəsini (və ya onun hər hansı bir hissəsini) silə biləcək, zədələyə biləcək və ya hər hansı formada zərər verəcək işlər görməmək və ya digər istifadəçilərin Tripsome veb səhifəsinin hər hansı bir hissəsindən istifadə etməsinə mane olmamaq;

9.9. Tripsome veb səhifəsi ilə serverlərimiz arasındakı əlaqələri kəsməmək və dəyişdirməmək;

9.10. Tripsome veb səhifəsində aşkarladığınız səhvlərdən qəsdən istifadə etməmək;

9.11. Tripsome veb səhifəsini hər hansı bir qeyri-qanuni və ya qanunla qadağan olunmuş məqsədlə istifadə etməmək; və

9.12. Bizim əvvəlcədən yazılı razılığımız olmadan Tripsome veb səhifəsini tamamilə və ya qismən (hər hansı bir obyekt və mənbə kodu daxil olmaqla), və ya başqa bir şəkildə hər hansı bir şəxsə təqdim etməmək.


10. Tripsome veb səhifəsindən istifadənizi dayandırmaq

10.1. Siz sadəcə Tripsome veb səhifəsindən istifadəni dayandırmağı seçə bilərsiniz. Bundan əlavə, Tripsome veb səhifəsinin hesab ayarları vasitəsilə hesabınızdan çıxa bilərsiniz."Bizimlə əlaqə" funksiyası vasitəsilə də bizimlə əlaqə qura və hesabınızı deaktiv etməyimizi tələb edə bilərsiniz.

10.2. Siz bununla qəbul edirsiniz ki, Tripsome veb səhifəsindən istifadəniz bizim müstəqil mülahizəmizə uyğun olaraq həyata keçirilir və bu sərbəst mülahizəmiz əsasında Şərtləri pozduğunuzu müəyyən etdiyimiz təqdirdə, Sizə dərhal qüvvəyə minən yazılı bildiriş təqdim etməklə Tripsome veb səhifəsindən istifadə hüquqlarınızı ləğv etmək hüququmuz vardır.


11. Tripsome veb səhifəsi vasitəsilə edilən hər hansı bir əməliyyatın ləğvi

11.1. Tripsome veb səhifəsi vasitəsilə müəyyən bir Təşkilatçı ilə əməliyyat həyata keçirdikdən sonra, əməliyyatı ləğv etmək və ödənişin qaytarılmasını tələb etmək ilə bağlı bütün sorğular sifariş təsdiqləmə e-poçtunda göstərildiyi aidiyyatlı Təşkilatçının elektron poçt ünvanına göndərilməlidir.Buna baxmayaraq, bu müraciətlərin qəbulu (bu müraciətlərin qəbulu ilə bağlı qoyulmuş şərtlər də daxil olmaqla) aidiyyatlı Təşkilatçının qərarına bağlıdır. Təşkilatçı sizin geri ödəmənizi təsdiqləyərsə, sözügedən Təşkilatçı ilə əməliyyatınızın ləğv olunduğunu təmin edəcəyik. Ləğv etdiyiniz əməliyyatla əlaqədar müvafiq ödənişin qaytarılmasını həyata keçirmək üçün istifadə etdiyiniz eyni ödəniş vasitəsi ilə 30 iş günü ərzində sizə tam qaydada geri ödəmə ediləcəkdir.

11.2. Tripsome veb səhifəsi vasitəsi ilə əməliyyat apardığınız hər hansı bir fəaliyyət Təşkilatçı tərəfindən ləğv edildiyi təqdirdə (hər hansı bir səbəbdən), ləğv edilmiş əməliyyatla əlaqədar müvafiq ödənişin geri qaytarılması sözügedən ödəniş üçün istifadə etdiyiniz eyni ödəmə vasitəsi ilə 30 iş günü ərzində tam formada həyata keçiriləcəkdir. Xahiş edirik nəzərə alasınız ki, sözügedən geri ödənişin edilməsi sizin birbaşa olaraq aidiyyatlı Təşkilatçıdan əlavə kompensasiya tələb etmək üçün əlavə addımlar atmaq hüququnuzu məhdudlaşdırmır.


12. Tripsome veb səhifəsindən istifadə qaydaları

12.1. Tripsome veb səhifəsinin Sizə Listinqləri nəzərdən keçirmək və Təşkilatçılarla əməliyyatlar aparmaq imkanı verdiyini qəbul edirsiniz. Biz sizə, həmçinin Tripsome veb səhifəsinin digər istifadəçiləri ilə ünsiyyət qurmaq və başqaları tərəfindən görülə biləcək mesajlar, şəxsi məlumatlar, şəkillər, mətn və digər materiallar ("xüsusi məzmun") yerləşdirmək üçün platforma təqdim edirik.

12.2. Tripsome veb səhifəsindən istifadə etməklə Siz aşağıdakıları qəbul etdiyinizi təsdiq edirsiniz:

12.2.1. veb-səhifədən istifadə etməyinizlə bağlı vaxtaşırı təqdim etdiyimiz hər hansı bir təlimata və ya verdiyimiz lazımi göstərişlərə əməl etmək;

12.2.2. hər hansı bir əqli mülkiyyət hüququnun və ya üçüncü tərəfin hər hansı digər hüququnun pozulduğunu düşündüyünüz hallar barədə dərhal bizə məlumat vermək;

12.2.3. mobil cihazınızın yetərli antivirus qorumasının təmin edilməsi üçün lazımi addımlar atmaq:

12.2.4. qeyri-qanuni, böhtan xarakterli, ədəbsiz, təhqiramiz, irqçi, qanunsuz, nifrət və ya cinayət fəaliyyətinə və ya hər hansı bir fərdi və ya fiziki şəxslər qrupuna təhdid və ya təhqiredici xarakterli hər hansı bir İstifadəçi paylaşımı yerləşdirməmək və ya başqa bir şəkildə təqdim etməmək; (o cümlədən din mövzusunda, gender, cinsi oriyentasiya, irq, etnik mənsubiyyət, yaş, əlillik və ya başqa);

12.2.5. üçüncü tərəflərin hüquqlarını (fərdi məlumatların yayılması, müəllif hüququ, əmtəə nişanı, patent, kommersiya sirri, şəxsi qeyri-əmlak hüquqları, konfdensiallıq hüququ, aşkarlıq hüququ və ya hər hansı digər əqli mülkiyyət və ya pay hüququnun pozulması daxil olmaqla) pozmamaq;

12.2.6. bilərəkdən yalan, aldadıcı, həqiqətə uyğun olmayan və ya qeyri-dəqiq məlumatlar paylaşmamaq;

12.2.7. Tripsome veb səhifəsinin digər istifadəçilərinə qarşı ayrı-seçkilik etməmək;

12.2.8. spam mesajları yaratmamaq;

12.2.9. Bizə və ya Tripsome veb səhifəsinin digər istifadəçilərinin hüquq və qanuni mənafelərinə zərər verə biləcək və ya sistemlərimizə müdaxilə edən və ya silən viruslar və ya digər texnologiyalar yaymamaq;

12.2.10. Bizi və ya Tripsome veb səhifəsini nüfuzdan salacaq heç bir hərəkət etməmək;

12.2.11. başqa bir istifadəçidən fərdi məlumatlarını istəməmək və ya istəməyə cəhd etməmək;                                                                                      

12.2.12. özünü başqa bir kimsə kimi təqlid etməmək;

12.2.13. mesajlaşma imkanlarımızı digər istifadəçilərə yalan danışmaq və ya aldatmaq üçün istifadə etməmək (yəni başqa istifadəçiləri 'aldatmamalısınız');

12.2.14. tərəfimizdən açıq şəkildə icazə verilmədiyi müddətdə, hər hansı bir iş, kommersiyafəaliyyətinə təşəbbüs etməmək və ya hər hansı bir məhsul və xidmətin reklam edilməməsi və ya təşviq edilməməsi.

12.3. Hər hansı bir istifadəçi paylaşımı sizi təhdid etdiyinə və ya sizə qarşı sui-istifadə edildiyinə və ya bu cür paylaşımın təhqiredici olduğuna və ya başqa şərtləri pozduğuna inanırsınızsa, birbaşa bizimlə əlaqə saxlayın.

12.4. Tripsome veb səhifəsi vasitəsi ilə hər hansı bir İstifadəçi Paylaşımı etməklə və ya hər hansı bir İstifadəçi Paylaşımını bizə göndərməklə, bizə bu İstifadəçi Paylaşımından istifadə etmək hüququnun və bütün lazımi icazənizin olduğunu və sizin və ya digər tərəfin qarşısında heç bir ödəmə və ya digər öhdəlik daşımadan hər hansı bir mediada istifadə edə biləcəyimizə razılığınızı təsdiq edirsiniz. Həmçinin, Tripsome veb səhifəsinin bir hissəsi olaraq bu cür İstifadəçi Paylaşımının əlçatan edilməsi və ya yayımlanmasının, hər hansı bir üçüncü tərəfin hüquqlarının pozulmasına və ya tətbiq olunan qanun və ya qaydaların pozulmasına səbəb olmayacağına dair təminat verirsiniz. Bu Şərtlərdə verdiyiniz vəd və təminatların hər hansı birini pozmağınızın birbaşa nəticəsi olaraq dəyəcək zərərlərin əvəzini ödəməyi qəbul edirsiniz.

12.5. Hər hansı bir İstifadəçi Paylaşımını izləmək və ya nəzarət etmək hüququmuz olduğunu, lakin belə bir öhdəliyimizin olmadığını qəbul edirsiniz. Hər hansı bir İstifadəçi Paylaşımının ağlabatan mülahizəmizə əsasən bu Şərtlərə uyğun olmadığı nəticəsinə gələriksə, həmin paylaşımı veb səhifəmizdən silmək hüququmuz vardır.

12.6. Əgər siz İstifadəçi Paylaşımını yerləşdirsəniz və ya təqdim etsəniz, başqa razılaşma olmadığı halda, aşağıdakıları icazə verirsiniz: (a) Bizə və şirkətlər qrupumuza bu İstifadəçi Paylaşımını dünya miqyasında istifadə etmək, çoxaltmaq, dəyişdirmək, uyğunlaşdırmaq, yayımlamaq, tərcümə etmək, törəmə əsərlər yaratmaq, yaymaq və nümayiş etdirmək üçün əmlak və şəxsi qeyri əmlak xarakterli, hər hansı bir mediada qeyri-müstəsna, royati haqqı / qonarar tələb etməyən və tamamilə sub-lisenziya edilə bilən, bir hüquq verir; və (b) Bizə, Sublisenziyaçı və hüquqi varislərimizə, Biz və ya şirkətlər qrupumuzunmülahizəsi əsasında bu İstifadəçi Paylaşımı ilə əlaqədar təqdim etdiyiniz addan istifadə etmək hüququ.

12.7. Yuxarıda sadalanan hüquqların, İstifadəçi Paylaşımı ilə əlaqəli əqli mülkiyyət hüquqlarınızın qorunduğu müddətdə dəyişməz olduğunu qəbul edirsiniz. Müqavilələrin və digər hüquqi sənədlərin tərtibi və icrası da daxil olmaqla bizə ötürdüyünüz yuxarıdakı hüquqlardan hər hansı birinin mükəmməlləşdirilməsi üçün lazım olan bütün əməliyyatları bizim müracitimiz əsasında bizim hesabımıza yerinə yetirməyi qəbul edirsiniz.


13. Məsuliyyətdən azad olma (Xəbərdarlıq)

13.1.  Həm Siyahılar (Listinqlər), həm də İstifadəçi Paylaşımı üzrə məlumatlar da (“Məlumat”) daxil olmaqla, Tripsome veb səhifəsinin təqdimatı ilə əldə edilən məlumatlar sizə yalnız şəxsi istifadəniz üçün verilir.

13.2. Xahiş edirik nəzərə alasınız ki, hər hansı bir Listinqin nüfuzlu Təşkilatçılar tərəfindən yerləşdirilməsini təmin etmək üçün müvafiq qaydalar hazırlamağımıza və bu istiqamətdə məqsədəuyğun addımlar atmağımıza baxmayaraq heç bir məlumatın (müvafiq vaxt, tarix, yerin qiyməti də daxil olmaqla) düzgünlüyünə və ya etibarlılığına zəmanət vermirik və ya hər hansı bir Siyahıda təsvir olunan əməliyyatın müəyyən bir yaş aralığına uyğunluğunu hər hansı bir şəkildə təsdiqləmirik. Tripsome veb səhifəsində hər hansı bir Listinqin nəzərdən keçirilməsindən sonra həyata keçirilən müvafiq əməliyyatın (bu əməliyyatın Tripsome veb səhifəsi vasitəsi ilə və ya birbaşa aidiyyətlı üçüncü tərəf ilə həyata keçirilməsindən asılı olmayaraq) öz qərarınız və riskiniz hesabına aparıldığını qəbul edirsiniz. Hər hansı bir əməliyyatın vaxtını, yaş uyğunluğunu, xərcləri və digər əlaqədar hallar ilə bağlı məlumatları müvafiq alqı-satqı əməliyyatını həyata keçirmədən və ya hər hansı bir tədbirə və ya yerə getmədən əvvəl etibarlı olduğunu yoxlamağınız tövsiyə olunur.

13.2.  Tripsome veb səhifəsində yerləşdirilən baxışlar, fikirlər, məsləhət və tövsiyələr, Tripsome-nun baxışlarını, fikirlərini, məsləhətlərini və tövsiyələrini ehtiva etmir və tərəfimizdən təsdiqlənmir və qanunla icazə verilən maksimum həddə bu paylaşımların dəqiqliyi, böhtan xarakteri, bütövlüyü və zamanlamasıilə əlaqədar və ya başqa bir şəkildə bu baxışlara, rəylərə, məsləhət və tövsiyələrə görə cavabdehlik daşımırıq.

13.4. Xahiş edirik nəzərə alasınız ki, Tripsome veb səhifəsindəüçüncü tərəf veb səhifələrinə yönlənmələr ola bilər. Bu cür üçüncü tərəf veb səhifələrinin mövcudluğu, uyğunluğu, etibarlılığı və ya məzmununa görə heç bir məsuliyyət daşımırıq və orada qeyd olunan fikirləri mütləq şəkildə təsdiqləmirik.


14. Qanuni hüquqlarınız və məsuliyyətimizin məhdudlaşdırılması

14.1. Biz öz işçilərimiz və ya agentlərimiz tərəfindən törədilən dələduzluq və saxta məlumatların verilməsi nəticəsində sizə dəyən zərərəgörə məsuliyyət daşıyırıq.

14.2. Şərtləri pozduğumuz təqdirdə, yalnız ağlabatan şəkildə gözlənilən zərərlərə görə məsuliyyət daşıyırıq: beləki, (i) dəymiş zərər Tripsome veb səhifəsi vasitəsi ilə 3 ay əvvəlki müddət ərzindəetdiyiniz ödəniş məbləğindən çox olmayacaq; və (ii) 100 AZN həddində olacaqdır. "Gözlənilən", dedikdə zərərlərin bu Şərtlər daxilində sizin və Bizim tərəfimizdən müvafiq şəkildə nəzərdə tutulduğu mənasını özündə ehtiva edir.

14.3. Biz aşağıdakılara görə məsuliyyət daşımırıq: (i) şərtləri pozmağımız ilə birbaşa əlaqədar olmayan zərərlər; (ii) əsas itki və ya ziyandan qaynaqlanan dolayı zərərlər və bu Şərtlərə daxil olarkən yarana biləcəyini müəyyən şəkildə təxmin edə bilmədiyimiz və ya nəzərdə tutmadığımız zərərlər; (iv) hər hansı bir məlumatın qeyri-dəqiqliyi, gecikməsi, tamlığı və ya faydalılığı nəticəsində yaranan hər hansı bir zərər (hər hansı bir Listinq daxil olmaqla); və ya (v) Tripsome veb səhifəsinin işlənilməsinin təmin edilməməsi və ya Şərtlər üzrə öhdəliklərimizin yerinə yetirilməməsi Bizim nəzarətimiz xaricində olan (məsələn, şəbəkə çatışmazlığı) səbəblərdən olduğunda.

14.4. Qanunla qorunan müəyyən hüquqlarınız var. Şərtlərdə göstərilən heç bir müddəa (o cümlədən, 14-cü bənd də daxil olmaqla) Sizin qanunla müəyyən edilmiş hüquqlarınıza təsir etmir. Bu Şərtlərdə açıq şəkildə göstərilən müddəalardan başqa, bütün digər şərtlər, tələblər, bəyanatlar, zəmanətlər, öhdəliklər açıq şəkildə ifadə edilməsindən və ya nəzərdə tutulmasından, həmçinin qanun və ya başqa hallardan irəli gəlməsindən asılı olmayaraq qanunla icazə verilən həddə məhdudlaşdırılır.


15. Hüquqi müdafiə üsulları

15.1. Bu Şərtləri pozduğunuz təqdirdə, (hər hansı digər hüquqlarına və hüquqi müdafiə üsullarına xələl gəlmədən), yalnız öz mülahizəmiz əsasında, hesablarınızın birini və ya hamısını tam və ya qismən dayandıra, dəyişdirə və ya bağlaya bilərik, IP adresinizi və ya cihazınızı bloklamaqla və ya başqa bir qanuni yolla Hadigro veb səhifəsinə çıxışınızı qismən və ya tamamilə məhdudlaşdıra bilərik.

15.2. Həmçinin, Şərtlərdə nəzərdə tutulan öhdəliklərinizdən hər hansı birini pozmağınız nəticəsində məruz qaldığımız itkilərə və zərərlərə (maddi və ya işgüzar nüfuza dəymiş zərər də daxil olmaqla) görə Sizdən təzminat və kompensasiya tələb etmək hüququmuzu qəbul edirsiniz.


16. Tripsome veb-səhifəsinin əlçatanlığı

Etibarlı xidmət və proqram təminatı ilə təmin etmək üçün ağlabatan səylər göstərdiyimizə baxmayaraq, Tripsome veb səhifəsinin 100% gecikmədən işləyəcəyinə zəmanət vermirik və verə bilmərik. Bütün proqramlar özündə səhvlər ehtiva edə bilər və avadanlıqlarda qüsurlar ola bilər. Siz həmçinin, Tripsome veb səhifəsinə mənfi təsir göstərən problemlərin, qüsurların və ya digər məsələlərin, bizim ağlabatan nəzarətimizdən kənar hallar səbəbindən baş verə biləcəyini də qəbul edirsiniz.


17. Üçüncü tərəflərin hüquqları

Siz bu Şərtlər üzrə hüquq və ya vəzifələrini, və ya onların bir hissəsini üçüncü şəxsə ötürə, və ya digər şəkildə sərəncam verə bilməzsiniz.


18. Hüquq və öhdəliklərin ötürülməsi

Əvvəlcədən yazılı razılığınız olmadan bu Şərtlər altındakı hüquqlarımızı (və əlaqədar istənilən tələbi) üçüncü şəxsə ötürmək hüququmuzu qəbul edirsiniz.


19. Qanuni hüquqlardan imtina edilmir

Bu Şərtləri pozduğunuz halda və sizə qarşı heç bir tədbir görmədiyimiz təqdirdə, hüquqlarımızdan imtina kimi tövsif olunmur və malik olduğumuz və ya gələcəkdə malik olacağımız hər hansı hüquqları və ya hüquq müdafiə üsullarını istisna etmir.


20. Tam Saziş

20.1. Şərtlər özündə sizinlə bizim aramızda razılaşdırılmış bütün müddəaları ehtiva edir və Tripsome veb səhifəsi ilə bağlı əvvəlki razılaşmaları əvəz edir. Bu Şərtləri Şərtlərə daxil olmayan tərəfimizdən edilən şifahi və ya yazılı bəyanatlar əsasında qəbul etmədiyinizi bildirirsiniz.

20.2. Siz həmçinin, Tripsome veb səhifəsinə giriş və istifadə hüququnuzun aşağıdakılardan asılı olduğunu qəbul edirsiniz:

  • tətbiq olunan hüquq; və
  • veb səhifəyə daxil olduğunuz müvafiq brauzer tərəfindən tətbiq olunan hər hansı bir şərt və ya siyasət.

21. Etibarlılıq

Bu Şərtlərin hər hansı bir müddəasının etibarsızlığı və ya icra oluna bilməməsi (o cümlədən, məhkəmə və ya tənzimləyici orqan tərəfindən qadağan edildikdə və ya etibarsız hesab edildikdə) digər şərtlərin etibarlılığına təsir etməməlidir.


22. Tətbiq olunan Hüquq və Mübahisələr

Bu Şərtlər Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir və ona uyğun təfsir olunur. Hər iki tərəf bu Şərtlərdən irəli gələn və ya onunla bağlı yaranan bütün mübahisələri ilk növbədə tərəflər arasında danışıqlar yolu ilə həll etməyi, həll edilmədikdə, Azərbaycan Respublikası məhkəmələrinin aşağıda qeyd olunan müstəsna yurisdiksiyasına tabe olmağı qəbul edir.


23. Əlaqə məlumatları

Bizimlə və ya Tripsome veb səhifəsi ilə bağlı hər hansı bir sualınız, şikayətiniz və ya şərhiniz varsa (Tripsome veb səhifəsinin istənilən məzmununun təhqiredici, böhtan xarakterli və ya üçüncü şəxslərin hüquqlarını pozduğu hallar daxil olmaqla), xahiş edirik info@tripsome.com elektron poçt ünvanı vasitəsilə bizimlə əlaqə saxlayın.