Middle/Senior Front-end (Vue.js) Developer


Bakı, Azərbaycan


Tripsome əyləncə, asudə vaxt fəaliyyətlərinə onlayn bilet və unikal qonaqlamaların rezervasiyası üçün onlayn platforma təklif edən texnologiya şirkətidir. Biz innovativ, yaradıcı və istedadlı mütəxəssislərdən ibarət gənc, dinamik komandayıq.


Hərşeydən əvvəl, siz:


  • Tez-tez mürəkkəb, texniki problemləri həll edir, kodlayır və kodun performanslı, oxunaqlı, yaxşı strukturlaşdırılmış, test olunmuş və arxitekturamıza uyğun olmasını təmin edirsiniz.
  • Tələbləri yaxşı dizayn edilmiş texniki həllərə çevirməyi bacarırsınız.
  • Ünsiyyətcilsiniz və aktiv kommunikasiya edirsiniz. Komanda daxilində digərlərinə kömək etməyə və ya onlardan kömək almağa hazırsınız.
  • Kompüter Elmləri üzrə Bakalavr və ya Magistr dərəcəsi, oxşar texniki təhsil sahəsi və ya ekvivalent praktik təcrübəyə sahibsiniz.


Tələblər:


  • Vue.js üzrə peşəkar olmaqla Front-end Developer kimi təcrübəyə malik olmaq (Orta üçün 3+ il, Senior üçün 5+ il);
  • JavaScript, TypeScript, HTML, CSS və responsiv dizayn prinsipləri üzrə dərin bilik;
  • Vuex, Pinia, Vue Router ilə təcrübə və komponentləri başa düşmək;
  • RESTful API və asinxron sorğuların idarə edilməsi ilə tanışlıq;
  • HTML5 və CSS3 daxil olmaqla web markup üzrə anlayış;
  • Müasir alətlər və workflow-lar (Webpack, Vite, Babel) üzrə biliklər;
  • Yüksək səviyyədə problem həll etmə və ünsiyyət bacarıqları;
  • İngilis dili səviyyəsi - orta.


Məsuliyyətlər:


  • Vue.js üzrə istifadə edərək yüksək keyfiyyətli front-end proqramların yazılması;
  • Ən yaxşı front-end praktikalarını tətbiq etmək - səliqəli və keyfiyyətli kod, dokumentasiya və s.;
  • Layihə tələblərini başa düşmək və onları texniki tapşırıqlara çevirmək üçün çarpaz funksional komandalarla sıx əməkdaşlıq etmək;
  • İstifadəçi elementlərinin server tərəfinin məntiqi ilə qüsursuz inteqrasiyasını təmin etmək;
  • Maksimum sürət və keyfiyyət üçün tətbiqlərin optimallaşdırılması;
  • Front-end üzrə ən son texnologiyalardan xəbərdar olmaq və onların tətbiqlərini həyata keçirmək.


Səni nə gözləyir?


  • Discord kanalında komanda ilə səhər görüşləri (stand-up).
  • Səliqəli və keyfiyyətli kod yazmaq.
  • Mobil tətbiqləri istifadəyə buraxmaq və istifadəçilərin tətbiqlərin funksiyalarından necə istifadə etdiyini analiz etmək.
  • Prioritet və təcililik kriteriyalarına uyğun olaraq Jira vasitəsilə komanda tərəfindən bildirilən xətaları həll etmək.
  • Proqramlaşdırma, istifadəyə vermə və texniki dəstəyə qədər front-end tətbiqlərin bütün aspektləri üçün məsuliyyət daşımaq. Mərhələləri müəyyənləşdirməyə kömək edəcək CTO ilə sıx əməkdaşlıq etmək.
  • Xüsusiyyət spesifikasiyalarını müəyyən etmək və istifadəçilərimiz və partnyorlarımız üçün yüksək keyfiyyətli front-end tətbiqləri hazırlamaq üçün Məhsul Rəhbərimizlə sıx əməkdaşlıq etmək.


Təklif:


  • Namizədin təcrübəsinə əsaslanan rəqabətli əmək haqqı.
  • Uzunmüddətli öhdəlik götürən işçilər üçün şirkətdə səhm paketi.
  • Dinamik startap mühitində peşəkar inkişaf və təcrübə.
  • Bürokratiyadan uzaq idarəetmə yanaşması.
  • Şirkətin strateji iclaslarında iştirak.
  • Aylıq əyləncə biletləri (Tripsome.com-da fəaliyyətlərə biletlər).


LinkedIn vasitəsilə müraciət edin və ya CV -nizi və LinkedIn profilinizi career@tripsome.com ünvanına "Vue Developer (Mid/Senior)" başlığı altında göndərin.