“Həyat xatirələrdən ibarətdir.”


Bizim missiyamız daha çox insanın sevinc dolu anlar yaratmasına, onları unudulmaz xatirələrə çevirməsinə təşviq etməkdir.

İstər öz şəhərinizdə heç vaxt etmədiyiniz bir şey, istərsə də uzaq macəra olsun, önəmli olan sevincin və xoşbəxtliyin harada olduğu deyil, onun sizdə oyatdığı hisslərdir.



"Kəşflər"


Sizə sevinc gətirən hər şeyi Tripsome vasitəsilə tapın. Şefin evində yemək pişirməkdən şəhərin gizli incilərinə və möhtəşəm görməli yerlərinə qədər, var olduğundan xəbərinizin olmadığı hər şeyə dair.



"Bütün həyat üslubları"


Hava, qar, torpaq, su, şəhər və adrenalin - Tripsome bütün həyat üslublarına uyğun xüsusi seçilmiş təcrübələr və fəaliyyətlər dünyasını aşkar etməyə kömək edir.

Ən son nə zaman günü qarşılamaq üçün həyəcan hissi ilə yataqdan çıxmısınız?

Bizim hədəfimiz tam da budur - sizin həyatınızı zənginləşdirən təcrübələrə start verməyinizə və unudulmaz xatirələr qurmağınıza kömək etməkdir.



"Müxtəlif və İnklüziv"


Tripsome-də biz bütün mədəniyyətləri, bütün insanları və dünyanın təklif etdiyi hər şeyi qiymətləndiririk! Ev sahiblərimiz, dostlarımız və sevincli anları paylaşan bütün qonaqlarımız bizim üçün dəyərlidir.

Biz sizə şəhərdəki kiçik yerli partnyorlardan fərqli təcrübələr və fəaliyyətlər tapmağınıza kömək edir, haqqında hekayələr danışacağınız səyahətlərinizi planlamağa yardımcı olmağı hədəfləyirik.