
Tripsome’nun uşaq inkişafı üzrə təlimatı
Valideyn olmaq tam iş günü qədər ağır iş olub, bir uşağı müstəqilliyə hazırlamaq yolunda 24/7 ciddi məsuliyyət tələb edir. Uşaqlar həm fiziki, həm mənəvi və həm də emosional olaraq böyüdükcə valideynlər onların daha yaxşı inkişaf etməsi üçün çox kömək edə bilərlər.
Valideynlər uşaqlarının böyüməyi və inkişafı ilə bağlı düzgün uşaq böyütmə və tərbiyə strategiyasını seçməkdə yaranan çətinliklərdən tez-tez narahat olurlar. Gündəlik stress, informasiya qıtlığı, pis valideyn olmaq qorxusu – bunlar hamısı böyük bir problemə çevrilə bilər.
Bu böyük çətinliyi daha asan etmək üçün sizə Tripsome-nun uşaq inkişafı üzrə təlimatını təqdim edirik. Uşaq böyüyüb inkişaf etdikcə, onun ehtiyacları və tələbləri də dəyişir. Bizim bələdçimiz isə valideynlərə qorxularının öhdəsindən gəlməyə və pozitiv valideynlik, uşaqların həyatının hər mərhələsində təhlükəsizlik və sağlamlıq haqqında məlumat vermək məqsədi daşıyır.
Bu bələdçidə biz aşağıdakı yaş qruplarını əhatə edəcəyik:
- Körpələr (1-2)
- Məktəbəqədər uşaqlar (3-5)
- Məktəblilər (6-9)
- Erkən yeniyetməlik (10-12)
- Yeniyetmələr (13 -18)
Körpələr (1-2)
Bu yaşda olan körpələr çox tez inkişaf edir, çox hərəkət etməyə meyilli olur, özləri və ətraflarındakılardan agah olub, dünya haqqında öyrənirlər. Bu mərhələdə uşaqlar danışmağı hələ yeni öyrənməyə başladıqları üçün daha azad olmağa və istəklərini özləri ifadə etməyə can atırlar.
Körpələr stressi idarə edə bilmədikləri üçün tez-tez əsəb və şıltaqlıq partlayışlarına meylli olurlar. Məhz buna görə də onlar “dəhşətli ikilər” adlandırılırlar. Bu yaşda onların tərbiyəsi üçün məsləhətlər:
- Fiziki bələdçilik etmək
- Yaxşı davranışı tərifləmək
- Uşağı narahat olduğu vəziyyətdən uzaqlaşdırmaq
- Kiçik yanlışları görməməzdən gəlmək
Pozitiv valideynlik məsləhətləri
- Evinizdə uşaq üçün olan təhlükələri aradan qaldıraraq körpənin ətrafındakıları kəşf edib yeni şeylər sınamağına şərait yaradın.
- Uşağa özü geyinməyə və yeməyə icazə verməklə onun artan azadlığına dəstək olun.
- Pazl kimi uyğunlaşdırma oyunları oynayın, körpəyə kitab oxuyun, parkda birlikdə gəzişin.
- Güvəc (tualet) təlimi verin.
- Əmin olun ki, uşağınız düzgün qidalanır, lazımi qədər yuxu alıb fiziki fəaliyyət əldə edir.
- Gəzməyi yeni öyrəndiyi üçün düzgün təhlükəsizlik tədbirləri görün.
Uşağınızın inkişafı haqqında daha çox məlumatlı olmaq sizin özünə əmin valideyn olmağınızın açarıdır. Bloqumuzda paylaşılan və sizi şıltaqlıqların öhdəsindən gəlməkdən güvəcə (tualetə) öyrətməyə qədər müxtəlif mövzuları əhatə edən məqalələri oxuyun və özünüzü vacib mövzularda daha da inkişaf etdirin.
Məktəbəqədər uşaqlar (3-5)
Məktəbəqədər uşaqlar öz emosialarına daha çox hakim olub öyrənmək, özlərindən böyük uşaqlarla oynamaq və valideynlərinin rəğbətini qazanmaqda maraqlı olurlar.
Bu mərhələdə uşaqlar üçtəkərli velosiped sürməyi, təhlükəsiz qayçıdan istifadə etməyi, qızlar və oğlanlar arasındakı fərqi görməyi, özləri geyinib soyunmağı, digər uşaqlarla oynamağı, hekayələri qismən xatırlamağı və mahnı oxumağı bacarırlar.
Məktəbəqədər uşaqların tərbiyə olunması dedikdə, müəyyən hərəkətlərin qarşısının alınması ən yaxşı strategiya ola bilər. Sizin ailəniz üçün uyğun ola biləcək bəzi təkliflər:
- İmtiyazlardan məhrum etmə
- Mükafatlandırma sistemi qurmaq
- Gündəlik rejimin təyin olunması
- Sakitləşdirmək üçün fasilə vermək ya da küncə qoymaq
Uşağa tərbiyə verərkən fikirlərinizi uşağa aydın ifadə edin və davranışlarınıza sadiq qalın. Onlardan gözlədiyiniz davranışı izah edib nümayiş etdirin.
Pozitiv valideynlik məsləhətləri
- Düzgün qidalanma və yaxşı yuxu vərdişləri yaratmağa çalışın.
- Uşağınızla birgə oxuyub oyunlar oynamağa davam edin.
- Övladınızı digər uşaqlarla oynamağa həvəsləndirin.
- Sadə tapşırıqlar verib kömək etməsinə icazə verin.
- Düzgün sözlər və söz birləşmələri istifadə edərək uşağınızın gözəl dil bacarıqları əldə etməsinə kömək edin.
- Uşağınıza problemlərin həllini addımlarla həll etməkdə kömək edin.
Uşağınızın hər gecə məsləhət görülən qədər yuxu almasına əmin olun: Məktəbəqədər 3-5 yaşında uşaqlar üçün 24 saata düşən yuxu payı 10-13 saatdır (günorta yatmaq vaxtı ilə birlikdə). Həmçinin, uşaqlarda meyvələrdən, tərəvəzlərdən, yemək və atışdırma olaraq dənlilərdən zövq almaq vərdişi yaradın. Bu yaşda olan uşaqlar yalnız az miqdarda şəkərli, yağlı və duzlu yeməklər və içkilər qəbul etməlidirlər.
Məktəbəqədər uşaqların (3-5 yaş) optimal böyümək və inkişaf etmək üçün gündə ən az 90-120 dəqiqə fiziki aktivliyi olmalıdır.
Məktəbli uşaqlar (6-9)
Məktəbdə oxumağa başlayanda uşaqlar daha geniş dünya ilə daimi sosial fəaliyyət əldə edirlər. Fiziki, sosial və emosional bacarıqlar bu vaxt ərzində çox tez inkişaf edir. Bu mərhələ uşaqların dostları, məktəb tapşırıqları və idman vasitəsi ilə özünə əminlik qazanması üçün önəmlidir.
Məktəbli uşaqlar üçün tərbiyə strategiyası həm pozitiv, həm də neqativ nəticələri özündə birləşdirməlidir. Uşaq qəbul edilən qaydaları pozarkən neqativ nəticə göstərib onun əlindən sevdiyi elektron qurğunu almaq məsləhət görülür. Həmçinin daha yaxşı davranışa həvəsləndirmək üçün uşaqlara təkliflər vermək yaxşı olar.
Pozitiv valideynlik məsləhətləri
- Uşaqlara məsuliyyət hissini inkişaf elətdirməkdə kömək edin – onlardan yemək masasını qurmaq kimi ev işləri üçün kömək istəyin.
- Uşaqlarınıza öz bədənlərinə qulluq etməyin önəmini öyrədib onları maraq göstərməsələr belə öz gigiyenasına diqqət etməyə həvəsləndirin.
- Öz uşağınızla məktəb, dostları, və gələcəkdə əldə etmək istədikləri haqqında danışın.
- Uşağınızın nə zaman yatmağa gedəcəyi və ya televizora nə qədər baxacağı ilə bağlı aydın qaydalar qoyub onlara əməl edin.
- Onların nəaliyyətlərinə dəyər verdiyinizi göstərib gündəlik tapşırıqlarını yerinə yetirdikləri üçün mükafatlandırın.
- Onlarla oyun oynamaq, oxumaq və ailəvi olaraq tədbirlərə getmək kimi əyləncəli fəaliyyətlər edin.
Valideynlər həm də sağlam yemək vərdişləri yaratmalı və gündəlik fiziki fəaliyyəti aşılamalıdırlar. Bu yaşda, valideynlər adətən uşaqlarını yolda hərəkət edən maşınlara diqqət etməyi, məktəbə gedərkən, velosiped sürərkən və çöldə oynayarkən təhlükəsiz olmağı öyrədirlər.
Erkən yeniyetməlik (10-12)
Uşaqların artan müstəqilliklə birgə məsuliyyət hissinə sahib olması üçün çox önəmli mərhələdir. Həmçinin bu vaxtda yetkinlik yaşının fiziki dəyişiklikləri özünü büruzə verir, əsasən də qızlarda. Bu yaşda olan uşaqların üzləşməli olduğu başqa bir dəyişiklik də ibtidai məktəbdən orta məktəbə keçid almaqlarıdır.
Hormonlardakı dəyişiklik əhval-ruhiyyənin tez-tez dəyişməsi və davranışların fərqli olması ilə nəticələnə bilər. Uşaq artıq valideynlərindən uzaqlaşaraq dostları ilə vaxt keçirməyə üstünlük verir ki, bu da normal inkişafın bir parçasıdır. Valideynlər effektiv tərbiyə strategiyasını təyin etmək üçün aşağıdakıları nəzərdən keçirməlidirlər:
- Davranış anlaşması yaratmalı
- Qaydalara əməl etmədikdə imtiyazlardan məhrum etmə
- Müəyyən dərəcədə səhvlər etməyə icazə verməli və təbii nəticəyə diqqət etməli
- Problem həll etmə prosesində iştirak etməli
Pozitiv valideynlik məsləhətləri
- Uşağınızla zaman keçirin. Onların dostları, nəaliyyətləri və çətinlikləri haqqında danışın.
- Uşağınızı təmizləmə və yemək bişirmə kimi ev işlərinə cəlb edin. Pulu düzgün yığmaq və xərcləmək haqqında danışın.
- Uşağınızın təhlükəsizliyini təmin etmək üçün smartfon və internetin istifadəsi ilə bağlı aydın qaydalar tətbiq edin.
- Uşağınıza öz məqsədləri təyin etmək, istedadları, bacarıqları və qabiliyyətlərini inkişaf etdirməkdə kömək edin.
- Uşağınıza yetkinliyin səbəb olduğu normal fiziki və emosional dəyişikliklərdən bəhs edin.
- Uşağınızla qayğıkeş və dürüst olub əyləncə və maarifləndirici fəaliyyətlərə ailə olaraq qatılın.
Yetkinlik yaşı qorxulu və qarışıq olduğu üçün valideynlər övladlarına bu dönəmi təcrübə etməkdə kömək etməlidirlər. Ona görə də dəyişən bədənlər, sağlam münasibətlər və ilk romantik hisslər haqqındakı söhbətlər bu yolda faydalıdır.
Yeniyetməlik (13-18)
Yeniyetmələrin adətən öz bədən ölçüsü, forması və ya çəkisi ilə bağlı narahatçılıqları olur. Bu müddətdə yeniyetmələr özlərinin unikal şəxsiyyətlərini və fikirlərini inkişaf etdirirlər. Bu mərhələ həm də uşaqların daha çox müstəqillik və məsuliyyətə hazırlandıqları dövrdür, çünki onlar yaxın müddətdə işləməyə başlayacaq və orta məktəbdən sonra universitet həyatına qədəm qoyacaqlar.
Ən uğurlu tərbiyə metodu yaxşı davranışı mükafatlandırmaq, pis davranış üçün isə nəticə çıxarmaqdır. Əgər məsuliyyətlərinə dırnaqarası baxacaqlarsa, valideynlər onların imtiyazlarını və arzuladıqları mükafatlandırmanı azaltmalıdırlar.
Pozitiv valideynlik məsləhətləri
- Onlara problemləri həll etməyin yeni strategiyalarını öyrədin.
- Əmin olun ki, onların təhlükəsizliliyini təmin edərkən, risk almaq qabiliyyətlərini inkişaf etdirmələrinə də şərait yaradırsınız.
- Yeniyetmənin məktəb həyatına maraq göstərib onu idman, musiqi, teatr və incəsənət kimi fəaliyyətlərdə iştirak etməyə həvəsləndirin.
- Yeniyetmə övladınızı təqdir etməyi unutmayın, onların çalışqanlıqlarını və nəaliyyətlərini qeyd edin.
- Onların fikrinə hörmət edin. Onların narahatlıqlarını gözardı etmədən dinləyin.
- Onların şəxsi məsələlərinin də ola biləcəyini unutmayın və buna hörmət edin.
Müasir yeniyetmələr oyunlar, çat və sosial şəbəkələr kimi interaktiv internet media ilə aktiv şəkildə təmasda olurlar. Ona görə də valideynlər onların bu sosial şəbəkə və platformalarda paylaşdıqları məzmun və internetdə keçirdikləri zamanla bağlı düzgün qərarlar qəbul etməyə həvəsləndirməlidirlər.
Fiziki aktivliyə gəldikdə, 6-17 yaşlı uşaqlar gündə ən az 60 dəqiqə (1 saat) və daha çox orta ağırlıq səviyyəsində intensivliyi olan fiziki fəaliyyətlə məşğul olmalıdırlar. Bura həftədə 3 dəfə aerobika hərəkətləri və ya sümükləri möhkəmləndirən (qaçış və tullanma) hərəkətlər və həftədə 3 dəfə əzələləri möhkəmləndirən (dırmaşma və itələmə) hərəkərlər daxildir.
Əgər bu göstəricilər sizə çox gəlirsə narahat olmayın. Uşağınız lazım olan fiziki aktivlik səviyyəsini böyük ehtimal yerinə yetirir. Əgər onların gündəlik rejimlərindəfiziki aktiv olmalarını istəyirsinizsə, internet saytımızdakı fəaliyyətləri nəzərdən keçirin və onların maraq dairələrinə uyğun fəaliyyətlər tapıb onlayn rezervasiya edin. Uşağınızın məsləhət görülən göstəricilərə çatmasının rahat və maraqlı yollarını kəşf edəcəksiniz.
Tripsome’dan Yekun
2020-ci ildə valideynlərin ən çox qorxduqları şeylər mövzusunda aparılan araşdırmada, valideynlərin 64%-i sosial media istifadəsi/ekran qarşısında keçirilən zamanın azaldılmasını ən böyük narahatçılıq kimi qeyd ediblər. Erkən uşaqlıq müddətində fiziki aktivliyin azlığı bir çox sağlamlıq problemlərinə səbəb ola bilər. Bu problemlərdən bəziləri piylənmə, çəki artımı, yüksək qan təzyiqi, xolesterol və sümük xəstəlikləri ola bilər. Ona görə də fiziki aktivliyin sağlamlığa faydaları çoxdur.
Tripsome’da biz valideyn olmanın çox zövqlü və əyləncəli bir təcrübə olduğunu düşünür, sizin uşaqlarınızın sağlam qalması və maraqlı olduqları sahələri kəşf etməsi üçün sizə müxtəlif maraqlı fəaliyyətlərvasitəsi ilə dəstək olmağa hazırıq.
Uşaqlarınızı sağlam böyütmək, onları fiziki və əyləncəli fəaliyyətlərə maraq göstərməyə həvəsləndirəcək və maarifləndirəcək məlumatlar istəyirsiniz? O zaman mövcud olan tədbirləri nəzərdən keçirib ən bəyəndiyiniz tədbiri rezervasiya edin! İndi başlayın!