Active Play

Bakıda uşaqlarla hara getmək olar? Ailə və uşaq fəaliyyətləri



Bu gün Bakıda tarixi üslubu və gözəçarpan müasirliyi ilə seçilən çox sayda gəziləsi yerlər var. Qədim tarixə malik ərazilərdə daşla döşənmiş yollar və dəbdəbəli məhəllələrdəki Türk üslubunda eyvanları bu siyahıya aid etmək olar. Azərbaycanın paytaxtı dünyanın ən sürətlə dəyişən şəhərlərindəndir. Şəhər çox sürətlə genişlənir və təbii olaraq, həm vaxtınızı keçirmək, həm də əylənmək üçün uşaqlarla gedə biləcəyiniz yerlərin sayı da artır.

Siz uşaqlar ilə birgə müxtəlif parklarda ailə gəzintisinə çıxa bilər, ya da qaçış ilə məşğul ola bilərsiniz. Ən sevindiricisi də odur ki, Bakıdakı yerlərin böyük qismi uşaqların əylənməsi və ailələrin gözəl zaman keçirməsi üçün xüsusi olaraq tərtib olunub. Ona görə də, uşaqlarınız ilə gedə biləcəyiniz yerləri restoranlar, parklar, muzeylər, hotellər, incəsənət və əyləncə mərkəzlərinin uzun siyahısından seçə bilərsiniz.

Əgər uşaqlarınızın daxili dünyasını zənginləşdirəcək fəaliyyətlər axtarırsınızsa, Tripsome-nun internet saytına baş çəkərək istənilən yaş qrupuna uyğun maarifləndirici və əyləncəli fəaliyyətlər tapa bilərsiniz. Valideynlər Tripsome vasitəsi ilə bir düyməyə basmaqla uşaqları üçün maraqlı ola biləcək fəaliyyətləri axtarmağı, rezervasiya etməyi və o tədbirlərdə rahatlıqla iştirak edə bilərlər. Siz hər zaman yaxınlığınızda mütəmadi olaraq keçirilən ən yaxşı uşaq fəaliyyətlərini axtararaq özünüzə uyğun olanı seçə bilərsiniz.

Bakıda uşaqlarla haralara getmək olar?

Gəlin reallıqdan uzaqlaşmayaq – biz hamımız mütəmadi olaraq məşğuluq! Evdəki və iş yerindəki məsuliyyətlərimizi nəzərə alsaq, günlər göz qırpımı sürəti ilə keçir. Valideynlərin böyük qismi öz övladlarına yetərli zaman ayıra bilmədiyi üçün bunun uşağın inkişafına neqativ təsir bağışlayacağını düşünür. Ümidsizliyə qapılmayın! Uşaq tərbiyəsi mövzusundakı son araşdırmalar göstərir ki, onlarla keçirilən zamanın miqdarı önəmli deyil, vacib olan o müddətin keyfiyyətidir.

Bu heç də uşaqlarla keçirilən zamanın önəmsiz olduğu demək deyil. Əslində araşdırmalar uşaqların valideynləri və baxıcıları ilə keçirdiyi keyfiyyətli zamanın onlara böyüdükcə bağışladığı pozitiv təsiri vurğulayır. Uzun müddət deyil, vaxtınızı necə keçirdiyiniz daha önəmlidir.

Valideynlərin uşaqlarla keçirdiyi ən dəyərli zaman uşaqların performansı, davranışı və emosional sağlamlığına müsbət təsir göstərir. Ona görə də, sizə uşaqlarınızla Bakıda eləyə biləcə siyahısını təqdim edirik.

Bakıda keçirilən 5 ən məşhur uşaq fəaliyyət növləri

Buyurun, sizə Bakıda ailəvi zaman keçirmək üçün məsləhət görə biləcəyimiz ən gözəl fəaliyyətlər siyahısını təqdim edirik. Tripsome-nun təqdim etdiyi əyləncəli və maarifləndirici fəaliyyətlərin bütün növləri məşhur olduğu üçün bu siyahını hazırlamaq bizim üçün çətin oldu. İstər qapalı məkanda, istərsə də açıq havada müxtəlif təhsil, əyləncə təşkilatları, kouçinq mərkəzləri tərəfindən təqdim edilən müxtəlif master-klaslar, təlimlər, tədbirlər və digər dərsləri tapmaq, onları internet üzərindən rezervasiya etmək asandır.

Bakı, onun ətrafı və şəhərdən kənarda ailəvi zaman keçirmək üçün ən sevilən fəaliyyətlər kateqoriyasına yaxından nəzər salaq.

Rezervasiya etmək üçün: Azərbaycandakı fəaliyyətlər

İncəsənət və sənətkarlıq

Əgər övladlarınızla evdə qalıb nə edəcəyinizi bilmirsinizsə, heç narahat olmayın! Onların yaradıcı qabiliyyətini aydınlatmaq düşündüyünüzdən də asandır. Uşaqların sevərək iştirak edəcəyi incəsənət və sənətkarlıq fəaliyyətləri siyahısına rəssamlıq dərsləri, qabaran boya rəsmləri, plastilindən fiqurlar düzəltmək və s. da daxildir. Tripsome-nun internet saytında "incəsənət və sənətkarlıq" kateqoriyasındakı bu fəaliyyətləri filtr vasitəsi ilə tapa bilərsiniz.

Mütəmadi olaraq keçirilən və bütün yaş kateqoriyalarına uyğun gələn asan, vədəsiz və maraqlı incəsənət layihələrindən bəzilərini sizə təqdim edirik:


Bu və buna bənzər dərslər düzgün və hamının iştirakını həvəsləndirəcək qaydada təşkil olunduğu üçün uşaqlarınızı yeni, gözəl bir şeylər yaratmaq prosesində ilhamlandıracaq.

Təbiət və təmiz havada əyləncə

Təmiz havada dincəlməyə üstünlük verənlər üçün ən sevilən fəaliyyətlərimizi təqdim edirik. Onlar həm uşaqlar, həm də böyüklər üçün atponi sürmək məşqləridir. Təhlükəsiz və idarə oluna bilən mühitdə at sürmək məşğuliyyətinin istər siz, istərsə də uşağınız üçün əyləncəli, unudulmaz bir xatirəyə çevriləcəyinə əmin ola bilərsiniz.


Kulinariya və un məmulatlarının hazırlanması

Yağışlı havada qapalı məkanda qatıla biləcəyiniz fəaliyyətlər sırasında kulinariya dərsləri və ya un məmulatlarının hazırlanması üzrə təlimlər də var. Bu cür məşğuliyyət balacaların uzun müddət ərzində diqqətini çəkməyə yarayır. Bişirməyi öyrənmək hesablama, elm və digər həyat bacarıqlarını özündə birləşdirir.

İstənilən halda bizim saytımıza nəzər salın. Uşaqları xoşbəxt etmək üçün reseptlərimiz var:

Ən yaxşısı da odur ki, saytda profilinizi yaratmaq cəmi bir neçə saniyə çəkəcək və siz kompyuter qarşısında uzun zaman keçirmək məcburiyyətində qalmayacaqsınız. Bütün dünyada məktəblərin bağlı olmasına baxmayaraq, uşaqlarınızın kulinariya bacarıqlarına sahib olması üçün sərfəli qiymətə onlayn dərslər tapa bilərsiniz.

Musiqi və rəqs

Uşaq erkən yaşlarından musiqi dinləyib, musiqi aləti çalır və ya rəqs edirsə, onun sonrakı inkişafı üçün çoxsayda müsbət təsirlər olur. Beyin riyaziyyatın mənimsənilməsi və dil bacarıqlarının inkişaf etdirilməsinə işə yarayacaq əlaqələr qurmağa başlayır. Əlavə olaraq da, musiqi əyləncəlidir. Evdəki balacalar özlərinə məşğuliyyət axtaranda, bu fəaliyyətləri sınaya bilərsiniz:

Övladınız musiqi alətində ifa etməyə və mahnı oxumağa hazırdırsa, onlar üçün dərs təşkil etməyi təxirə salmaq nəyə gərək? Pulunuza və zamanınıza qənaət etmək istəyirsinizsə, ənənəvi dərsləri onlayn musiqi dərsləri ilə əvəz etmək möhtəşəm çıxış yolu ola bilər. Tripsome-da müxtəlif musiqi alətlərində ifanı öyrənmək üçün yerli müəllimlərin sizin uşağınıza özəl tərtib etdiyi onlayn formatda canlı dərsləri tapa bilərsiniz!

İdman və döyüş sənəti

Əlavə fəaliyyətlərə gəldikdə, uşaqların idmana olan həvəsini görməzdən gəlmək olmaz. İdman komandasına qoşulmaq və ya individual yarışlarda iştirak etmək uşağınıza aktiv qalmaqda, düzgün rəqabət aparmaqda, sosial bacarıqların və konsentrasiyanın inkişaf etdirilməsində faydalı olub həyatları boyunca zövq alacaqları hobbiyə sahib olmağa kömək edəcək.

İdman növləri bir-birindən fərqlənir. Uşağınıza uyğun olanını tapmaq üçün, onların boyu, yaşı, bacarıqları və maraqlarını nəzərə alın. Əgər onların qəlbi tennis ilə döyünürsə, ən istedadlı və həvəsli voleybol məşqçisi ilə belə xoşbəxt olmayacaqlar.

Bir çox uşaqlar üçün idman qalib gəlmək üçün deyil, sadəcə əyləncəli bir məşğuliyyətdir. İdman fəaliyyətlərimizi rezervasiya etməklə uşaqlarınıza dəstək olun və onlara oynamaqdan zövq almağa şərait yaradın.

Övladınız üçün idman fəaliyyəti seçməyə hazırsınız? O zaman Tripsome-nun İdman və döyüş sənəti kateqoriyasındakı fəaliyyətlərinə nəzər salıb müxtəlif yaşlar və istəklərə görə təkliflər tapın.


Tripsome’dan yekun

Dərin məna daşıyan əlaqələr sərf etdiyiniz zamanın keyfiyyəti ilə ölçülür. Ona görə də övladlarınızla sadə, həyat tərziniz və münasibətlərinizə görə məşğuliyyətlər vasitəsi ilə əlaqə qurmağı məsləhət görürük. Uşaq fəaliyyətləri seçərkən uzunmüddətli təsir buraxacaq, övladınızın ehtiyac duyduğu dəstək və rahatlıq bəxş edən fəaliyyətlərə üstünlük verin.

Tripsome-da biz azyaşlıların inkişafı üçün optimal mühitin yaradaraq çalışırıq ki, uşaqlar daha sağlam inkişaf edib valideynləri ilə möhkəm münasibət qura bilsinlər. Ona görə də, uşaqlarınızla birgə getməyə yerlər axtarırsınızsa, bizim təqdim etdiyimiz ən yaxşı fəaliyyətlər siyahısını istifadə edərək keçirdiyiniz zamanın keyfiyyətli və yaddaqalan olduğuna əmin olun. Əgər bu siyahıda artıq iştirak etdiyiniz tədbirlər varsa, bəlkə bir daha baş çəkəsiniz? Siyahıda sevdiyiniz məkan və ya fəaliyyət yer almayıb? O zaman bizimlə əlaqə saxlayıb xəbər verin ya da Bakıda tədbir təşkilatçısısınızsa bizim partnyorluq proqramına qoşulmaq üçün müraciət edin!