
Bakıda uşaqlar üçün maraqlı yerlər
Uşaqların inkişafı və sağlam psixoloji vəziyyəti üçün valideynlərlə vaxt keçirmək çox əhəmiyyətli bir rol oynayır. Valideynlərlə vaxt keçirmək, uşaqların özünü və düşüncə qabiliyyətlərini inkişaf etdirmələri üçün effektiv yollardandır. Valideynlərlə birlikdə kitab oxumaq, fəaliyyətlərə qoşulmaq, uşaqlar üçün maraqlı yerlərə getmək, maraqlı tədqiqatlar aparmaq və yeni məlumatlar əldə etmək uşaqların öyrənmək istəklərini artırır. Həm də onlarla birlikdə fəaliyyətlərdə iştirak etmək və maraqlı hobbilərlə məşğul olmaq, onların öz istedadlarını kəşf etmələrinə imkan verir. Valideynlərlə vaxt keçirmək, uşaqlar üçün gəzməli yerlərə getmək onların psixoloji sağlamlığını dəstəkləyir. Ümumiyyətlə, valideynlərlə vaxt keçirmək, övladların fiziki, məntiqi və psixoloji inkişafına dəstək olur. Bu səbəbdən valideynlər övladlarına vaxt ayırmaq və onlarla əlaqə qurmağa öz xüsusi diqqətlə yanaşmalıdır. Bu halda valideynlərdə belə bir sual yarana bilir: bakıda uşaqlar üçün maraqlı yerlər haradı? Uşaqları hara aparmaq olar? Tripsome uşaqlar üçün 6 maraqlı fəaliyyəti təqdim edir.
Fulldome cinema
Uşaqlar üçün maraqlı yerlərdən biri fulldome cinemadır. Burada filmləri alışdığınız kinoteatrlardakı ekranlardan fərqli olaraq, astronomiya və əlaqəli sahələrdə maarifləndirici və əyləncəli şoular vasitəsi ilə ulduzların, planetlərin və digər göy cisimlərinin təsvirlərini izləyə biləcəyiniz ən son nəsil texnologiya ilə təchiz olunmuş yarımkürə qübbəli ekrandan izləyəcəksiniz. Yarımkürə qübbəli bu teatrda siz sanki göy cismlərini səmada izləyirsiniz. Göy cismləri ilə bağlı filmlərdən başqa, uşaqlar üçün cizgi filmlər də nümayiş olunur. Ödəniş uşaqlar üçün 3 Azn, böyüklər üçün 5 Azn-dir. Filmlərin seansı barədə məlumat və bilet əldə etmək üçün linkə keçid edin.
Ebru sənəti
Ebru sənəti stressi azaldan, eyni zamanda uşaqların yaradıcılıq qabiliyyətini də artıran məşğuliyyətlərdəndir. Suyun üzərində istədiyiniz naxışı alındırmaq praktika tələb edir. Amma daha öncə ebru ilə məşğul olmayanlar belə ilk dəfədən müəyyən naxışlar çəkə bilərlər. Təbii ki, bunun üçün təlimçi köməyinə ehtiyac duyulur. 1 dəfəlik masterklassla uşaqlar su üzərində istədikləri naxışı hazırlaya bilərlər. Masterklassda Tripsome.az-dan bilet alaraq iştirak edə bilərsiniz. Bu masterklassda təlimçi ebru sənətinin texnikası barəsində məlumat verir və aydın şəkildə izah edir.
Pizza masterklassi
Uşaqlar üçün restoran axtarırsınızsa, ən yaxşı alternativlərdən biri pizza hazırlaya biləcəkləri məkanlardır. Eyni zamanda uşaqlar üçün də öz əlləri ilə pizza hazırlamaları onlar üçün maraqlı təcrübə olacaqdır. Burada uşaqlar həm pizza bişirərək əyləncəli vaxt keçirəcəklər, həm də yekunda hazırladıqları pizza onlara servis olunacaq. Masterklassda uşaqlar həm fərdi, həm də qrup şəklində iştirak edə bilərlər. Linkə keçid edərək ətraflı məlumat əldə edə bilərsiniz.
Fantaziya sirki
Sirkdə uşaqları biri - birindən gözəl çıxışları ilə Ukrayna, Moldova, Rusiya və Özbəkistandan artistlər əyləndirəcək. Proqram 90 dəqiqə davam edir, bu müddət ərzində akrobatların, gimnastların, kloun və janqlyorların çıxışı, mono velosiped və sərbəst pilləkəndə müxtəlif hərəkətlər, ekvilibr gimnast və s. Gözləyir. Sirk hər həftəsonu baş tutur.
Poni sürmək
Poni sürmək uşaqlarınızın həmişə özlərilə qürur duyacaqları fəaliyyətdir. Ata minmək uşaqlar üçün unudulmaz bir təcrübədir və mehtərlərimiz onlara təhlükəsiz və rahat bir şəraitdə kiçik çapar olmağa kömək edəcəklər.
Valideynlər və uşaqlar eyni zamanda rəngarəng bitkilərdən, quşlardan, sərin və təzə mehdən zövq alaraq atçılıq mərkəzinin təsərrüfatında gözəl mənzərələri seyr edə bilərlər. Ərazidə restoran və çay üçün kiçik bir kafe müstəqil fəaliyyət göstərir. İstədiyiniz qədər ərazidə gəzə bilərsiniz.
Heykəltaraşlıq masterklassı
Uşaqlar üçün maraqlı yerlərdən və fəaliyyətlərdən biri də heykəltaraşlıqdır. Tripsome heykəltəraşlığın incəliklərini praktiki şəkildə öyrədən heykəltəraşlıq masterklassını təklif edir. İncəsənətin bu növü yaradıcı düşüncəni və təsəvvürü genişləndirməklə yanaşı, həm də özünəinam aşılayan bir fəaliyyətdir. Uşaqlar lazımlı alətləri və texnikaları öyrənərək əyləncəli və maraqlı gil heykəltəraşlıq prosesini praktiki olaraq tətbiq edəcək, beləliklə gil ilə öz heykəltəraşlıq əsərlərini hazırlaya biləcəklər.
Öz qəhrəmanını çək
Cizgi filmlərinin uşaqların yaradıcılığındakı rolu böyükdür. Nəzərə alsaq ki, uşaqlar üçün rəsm çəkmək çox maraqlıdır, sevimli cizgi film qəhrəmanlarınıöz əlləri ilə mayka (t-shirt) üzərinə çəkib geyindikdə yaşayacaqları sevinci düşünün.
Bu fəaliyyətimizdə uşaqlar istədikləri Disney və digər multiplikasiya personajlarını xüsusi boyalarla mayka (t-shirt) üzərində çəkəcəklər. Uşaqlarınızı bu fəaliyyətə qoşulmağa təşviq edin, çünki rəsm çəkmək onların motor qabiliyyətini və yaradıcılığını inkişaf etdirəcək, və öz geyimlərini dizayn etmək onlarda özünə-inam hissi yaradacaqdır.
Tripsome - 200+ əyləncə bir platformada.