Active Play

Bakıda gedə biləcəyiniz 7 fərqli incəsənət masterklassı



İncəsənət nədir? İncəsənətin insan beyninə və psixologiyasına təsiri nələrdir?

İncəsənət — insan hisslərini təsvir edən vasitədir. İncəsənət həmişə ideyaları, duyğuları və anlayışları başqalarına çatdırmaq üçün mükəmməl vasitə olub. İncəsənət ruhun, bədənin və ruhun bütövlüyünün qorunmasında əsas rol oynayan amillərdən biridir. İncəsənət insanların həyatına bir çox cəhətdən toxunur. Bu, dünyanı anlamağa və ona məna verməyə kömək edir. Hər yaşda olan fərdlər, xüsusən də uşaqlar üçün özünü ifadə etmə və yaradıcılıq qabiliyyətini inkişaf etdirir. Sənətin insan həyatındakı əhəmiyyəti, şübhəsiz ki, bunlarla məhdudlaşmır. Yaxşı bir iş hisslərinizi daha dərindən anlamağa kömək edir, yeni fikirlərə və təcrübələrə açıq olmağa kömək edir. Məsələn boş bir kətan üzərinə sadəcə bir neçə fırça toxunuşu ilə daha fərqli məna yükləmək mümkündür. Həmçinin istənilən fəaliyyət sahəsində insanın göstərdiyi yüksək bacarıq, məharət də nəzərdə tutulur. Sənətin əhəmiyyəti elmi araşdırmalarda da üzə çıxır. Vizual sənətin insan beyninə fizioloji və psixoloji təsirləri ilə bağlı araşdırmalar göstərdi ki, o, hisslərin sabitləşməsinə son dərəcə xoş təsir göstərir. Son zamanlar incəsənətin psixi sağlamlığa, eləcə də fiziki və psixi sağlamlığa müsbət töhfəsi ilə bağlı araşdırmalar getdikcə artır. Araşdırmalar nəticəsində müəyyən edilib ki, incəsənət depressiya, narahatlıq və stressi böyük ölçüdə azaldır, immunitet sistemini gücləndirir, həyat sevincini artırır və fiziki sağalmanı dəstəkləyir.

 Müxtəlif növ sənət əsərləri insan beyninin müxtəlif hissələrinə çatdıqları üçün çətin anlayışları öyrənmək və başa düşmək baxımından beyin inkişafını dəstəkləyir. Sadəcə sözlər və ya rəqəmlər əvəzinə o, problemləri həll etməyə və daha mürəkkəb anlayışları daha asan başa düşməyə imkan verən vizual format təqdim edir.

İnsan beyninin birbaşa sənətdən təsirləndiyi aşkar edilmişdir. Araşdırmalar göstərir ki, incəsənət tədbirləri kimi bədii fəaliyyətlərdə iştirak edənlər riyaziyyat və digər sahələrdə daha yaxşı çıxış ediblər. Elmi araşdırmalar incəsənətin beynin funksionallığını daha da gücləndirdiyi faktını təsdiqləyir. Onilliklər ərzində genişlənən tədqiqatlar göstərdi ki, incəsənət sahəsində təhsil akademik performansı artırır və həmçinin emosional hisslərini inkişaf etdirir. İncəsənətin yaradıcılığı gücləndirdiyi və emosiyaları tarazlaşdırdığı aşkar edilmişdir. 

Məhz buna görə də insanların incəsənətlə məşğul olmaları tövsiyyə olunur. Tripsome ilə birdəfəlik masterklasslar və ya aylıq dərslərlə incəsənətin bir neçə sahəsini sınamaq mümkündür. Qeyd etmək lazımdır ki, masterklasslarda iştirak etmək üçün əvvəlcədən bacarığın olması şərt deyil. Çünki, keçirilən fəaliyyətin bütün texnikası peşəkar müəllimlər tərəfindən ətraflı izah olunur və iştirakçı ilk dəfədən öz əsərini yaradacaq və fəaliyyətdən sonra əsəri özündə qalacaq. Aşağıda Tripsome-nin 7 fərqli incəsənətlə bağlı fəaliyyəti göstərilmişdir.

7. Kətan üzərində Akril Masterklassı

Bu sessiya iştirakçılara rəsm sənətini öyrənərkən müxtəlif rəng tonları arasında uyğun bir tarazlığı qorumağı öyrənməyə kömək edəcəkdir. Rəssam olmağın açarı əsəri işləyərkən rəsm texnikaları ilə insan yaradıcığı və hisslərini birləşdirməyi bacarmaqdır və studiyamız iştirakçılara məhz bunu öyrənməkdə istiqamət verir. Masterklass şəhərin möhtəşəm mənzərəsi altında açıq havada terrasda keçirilir.

6. Heykəltaraşlıq masterklassı

Tripsome heykəltəraşlığın incəliklərini praktiki şəkildə öyrədən heykəltəraşlıq masterklassını təklif edir. İncəsənətin bu növü yaradıcı düşüncəni və təsəvvürü genişləndirməklə yanaşı, həm də özünəinam aşılayan bir fəaliyyətdir. İştirakçılar lazımlı alətləri və texnikaları öyrənərək əyləncəli və maraqlı gil heykəltəraşlıq prosesini praktiki olaraq tətbiq edəcək, beləliklə gil ilə öz heykəltəraşlıq əsərlərini hazırlaya biləcəklər. Məftil, kağız, parça və gil kimi müxtəlif materiallarla təcrübə edərək tələbələr bu üsulları tətbiq edəcək və öz kiçik aləmlərini yaradacaqlar.

5. Ekoçanta masterklassı

Plastiklərin, dəri çantaların dövrü artıq bitdi. Təbiət dostu olmağın əsl zamanıdır. Ancaq bu demək deyil ki, estetikamızdan da əl çəkməliyik. Öz zövqünüzə uyğun dəbli, həm də təbiət dostu çantaya sahib olun. Unutmayaq ki, təbiətə sevginin özünə sevgiyə gələn döngüsü var. Sonda düzəldilən çanta bu özəl gündən bir xatirə olaraq sizə hədiyyə olunacaq.

4. Vitraj masterklassı

Bu master-klassda iştirakçılar şüşə üzərinə rəsm çəkməyin müxtəlif texnikalarını öyrənəcəklər. Rəngli vitrajlar zəngin işıq boyaları əmələ gətirir və interyerin emosional ifadəliliyini artırır. Rahat mühitdə rəsm çəkərək əyləncəli vaxt keçirə və öz əlləriniz ilə zövqünüzə uyğun sənət əsərləri hazırlaya biləcəksiniz. Masterklass iki saat davam edir.

3.Ebru sənəti

Ebru sənəti vizual olaraq insanin gözünü və ruhunu oxşayan rəngli sənətdir. Ebru sənətinə rənglərin suda dansı da deyə bilərik. Ebru sənəti harmoniya, xaos və sonsuzluğun vəhdəti olan sirli bir sənətdir. Ebru su üzərində naxışdır. Boyalar fırça ilə qatılaşdırılmış su məhlulunun üzərinə səpilir. Sənətkar fərqli ölçülü bizlər vasitəsilə həmin boyaları müxtəlif formalara salır və sonda rəngarəng rəsm əsəri yaradır. Ebruda istifadə edilən boyalar təbii olduğu üçün solmur və ya rəngini dəyişmir.

2. Keramika masterklassı

Keramika fəaliyyəti sizin uzun müddət diqqətini çəkə biləcək fəaliyyət olduğundan konsentrasiya qabiliyyətini əhəmiyyətli dərəcədə inkişaf etdirir. Yaradıcılıq, motor qabiliyyətlərinin inkişafı üçün də faydalı olan bu fəaliyyətimizə qoşularaq əyləncəli şəkildə öz yaradıcılıqlarınızı saxsı əsər üzərnə köçürəcəksiniz.

1. Dulusçuluq masterklassı

Masterklass bir iştirakçı üçün 1 saat davam edəcək. Bu fəaliyyətdə iştirakçılar saxsı qabların hazırlanmasının müxtəlif üsulları ilə tanış olacaq və müxtəlif texnikaları istifadə etməklə gilə arzu olunan formanı nəcə verməyi öyrənəcəklər . Bir sözlə, əllərində olan gil və suyu öz xəyallarındakı əsərə necə çevirə biləcəklərini kəşf edəcəklər.

Bu və ya digər maraqlı fəaliyyət və masterklassları Tripsome.com-dan tapa bilər, bilet alıb iştirak edə bilərsiniz.

Tripsome.com - 100+ əyləncəyə bilet bir platformada.