
Bakıda dostlarınızla iştirak edə biləcəyiniz 5 unikal komanda oyunu.
Gündəlik monotonlaşan işlər və problemlər səbəbilə bir çox insan stressli, hətta sıxıcı vaxt keçirir. Bunlarla baş etmək üçün insanlar həyatlarına rəngarənglik, hərəkət qatmalıdırlar. Çünki hərəkətli həyat tərzi insanın daha az yorulması, daha enerjili olması və stressdən də uzaq olması deməkdir. Araşdırmalar göstərir ki, fiziki cəhətdən hərəkətli və aktiv olduqda insan beyni xoşbəxtlik hormu sintez edir. Bu da insanda depressiyanı azaldaraq xoşbəxt olmasına gətirib çıxarır. Əzələ yorğunluğu sinir yorğunluğundan fərqli olaraq insanın enerjili olmasına kömək edir. İnsanlar bu hərəkətli həyat tərzinə komanda formasında qoşulsalar onlar üçün həm daha maraqlı, həm də yararlı olar.
Dostlarınızla hansı komanda oyunları oynaya biləcəyinizi düşünürsünüzsə, Tripsome - nin aşağıdakı fəaliyyətlərinə bilet alaraq komanda oyunlarında iştirak edə bilərsiniz. Bu fəaliyyətlər həm hər kəsin büdcəsinə uyğundur, həm də olduqca əyləncəlidir.
5. Bubble soccer
Daha çox gənclər arasında yayılmış yeni idman növlərindən biri Bubble soccerdir. Bu idmanla məşğul olarkən siz əzələlərinizi gücləndirir, elastikliyinizi artırır və stressi azaldırsınız. Əyləncə dolu oyun zamanı heç bir zədə alma ehtimalı yoxdur. Mütəmadi futbol oynayanlar üçün əsl məşq, əyləncə axtaranlar üçün əsl əyləncə! Maksimum 5x5 nəfərə oynamaq mümkündür, hər bir komanda üzvü xüsusi topu bədəninə geyinir, yalnız ayaqları açıq qalır. Yıxılmalar və zərbələr zamanı iştirakçılar tam təhlükəsiz olur.
4. Badminton
Badminton tennisə bənzər idman oyunudur və 1992-ci ildən Olimpiya idman növü hesab olunur. Qaydalarının sadəliyinə, kiçik meydançada, çəmənlik və çimərliklərdə oynamaq imkanı olduğuna görə müasir badminton ən kütləvi idman oyunlarından birinə çevrilmişdir. Badminton oynamaq əzələ və sümükləri (daha çox ayaq və qol) gücləndirir, çevikliyi artırır, görmə qabiliyyətin artırır (volana fokuslanan göz əzələləri inkişaf edir).
3. Voleybol məşqləri
Harada oynadığınızdan asılı olmayaraq voleybol sağlam bədən üçün ən yaxşı idman növlərindən biridir. Bu oyun basketbol, beysbol, həndbol və tenisin birləşməsindən yaranmışdır. Voleybol ürək-damar sistemini və əzələləri gücləndirir, göz və əl koordinasiyasını inkişaf etdirir. Ortalama voleybol oyunçusu oyun zamanı 300 dəfə tullanır, bu da sürət, refleks və elastikliyin artmasına kömək edir.
2.Beysbol
Beysbol Amerikan mənşəli, Amerika və Uzaq Şərq ölkələrində (xüsusilə Koreya və Yaponiyada) çox məşhur olan idman növüdür. Beysbol doqquz dövrədə oynanılır. İki komanda hər dövrədə bir müdafiə və bir hücum haqqından istifadə edir. Hücumdakı komanda oyunçularının hər birinə bir vuruş haqqı verilir. Oyun, qonaq komanda hücum vəziyyətində, ev sahibi komanda müdafiə vəziyyətindəykən başlayır.
1.Frisbee
Ultimate Frisbee təmassız açıq hava oyunudur (qapalı zalda da oynanıla bilər). Eyni oyun daxilində bəylər və xanımlar oynaya bilər. Oyunun formatı frsibee diskinin komanda üzvləri arasında bir-birinə atılması və son müdaxilədə qapı içində tutulmasından ibarətdir. Oyunun ətraflı qaydaları hər dəfə sıfırdan izah edilir və oyun öncəsi təlim keçilir. Bu səbəbdən tamamən yeni oyun öyrənmək istəyənlər üçün ideal seçimdir.
Belə komanda oyunlarının bir çox faydaları vardır.
Komanda işi: Komandada oynamaq koordinasiya, ünsiyyət və əməkdaşlıq tələb edir. Bunlar dostlarınız ilə yaxşı işləməyinizə, oyun arenasında və xaricində uğur qazanmağınıza kömək edəcək mühüm həyat bacarıqlarıdır.
Kritik Düşüncə: Hər oyun fərqlidir və hər rəqibin öz güclü və zəif tərəfləri var. Qarşılaşdığınız müxtəlif çətinliklərin öhdəsindən gəlmək üçün taktika formalaşdırmaq sizin kritik düşünmə qabiliyyətinizi inkişaf etdirəcək və siz bununla problemləri daha yaxşı həlletmə bacarığı qazanacaqsınız. Problemlərin həlli hər kəsdə inkişaf etdirmək üçün böyük bir bacarıqdır və bunu komanda idmanları vasitəsilə əyləncəli və aktiv şəkildə etmək idealdır.
Dostluq: Komandaya qoşulmaq dostlarınızı daha yaxından tanımaq üçün əla yoldur. Siz məşq etdikcə, çətinlikləri dəf etdikcə və birlikdə qazandıqca və ya uduzduqca komanda yoldaşlarınızla uzun illər davam edə biləcək möhkəm bağlar quracaqsınız.
Güvən: Komanda oyununda hər bir şəxs komandanın ümumi uğurunda rol oynayır. Bu, necə bir fərq yarada biləcəyinizi görmək və öz növbəsində özünüzə inamınızı artırmaq üçün əla bir yoldur.
İntizam və Dözümlülük: Hər məşqlə siz gücünüzün, dözümlülüyünüzün və oyununuzun yaxşılaşdığını görürsünüz. Bu, tərəqqi və nəticələri görmək istəyirsinizsə, sizi səy göstərməyə davam etməyə sövq edir!
Stressin idarə edilməsi: Məşq rahatlamağa, stressi azaltmağa və əhvalımızı yaxşılaşdırmağa kömək edən dopaminlər və endorfinlər kimi xoşbəxtlik hormonlarını ifraz edir. Odur ki, əgər dərs və ya imtahanların sizi sıxdığını hiss edirsinizsə, zehni fasilə verin və dostlarınızla komanda oyununun kefini çıxarın.
Sadalanan fəaliyyətlər və daha çoxuna bileti Tripsome.com- dan əldə edə bilərək asudə vaxtınızı daha maraqlı keçirə bilərsiniz.
Tripsome - 100+ əyləncəyə bilet bir platformada.