Active Play

Bakıda atıcılıq fəaliyyətləri və atıcılıq kursları



Atıcılıq fəaliyyəti.

Atıcılıq təcrübəsi sizə diqqəti hədəfə yönəltməkdən başqa heç nə etməmək üçün vaxt ayırmağa vadar edir. Tətiyinizi çəkdiyiniz zaman hər şey arxa plana keçir. Əsas odur ki, barmaqlarınız silahda, gözünüz isə hədəfdə olsun. Atıcılıq yoqa kimi sakitləşdirici ola bilər, çünki bədən və zehni balanslaşdırır. 

Enerji səviyyələrini artırır və ümumi sağlamlıq və rifahı yaxşılaşdıran qan axını artırır. Oxçuluq və atıcılıq hətta ardıcıl təcrübə və əzələ yaddaşı sayəsində bəzi insanlar üçün artrit ağrısını yüngülləşdirir. Bundan əlavə, əl-göz koordinasiyasını yaxşılaşdırır ki, bu da bu təcrübəyə ehtiyacı olan hər kəsə fayda verir.

Psixi sağlamlıq üçün atıcılıq aktiv meditasiya təmin edir ki, bu da əhvalınızı yaxşılaşdıra, narahatlıq və depressiyanı azalda bilər. Atıcılıq diqqət tələb etdiyindən, travma sonrası stress pozğunluğu olanlar tez-tez məşq etməklə rahatlıq tapırlar. Bu, zehni sakitləşdirir və onlara nəzarət edə biləcəkləri bir şeyə diqqət yetirməyə kömək edir.

Tripsome.com saytından bir neçə atıcılıq fəaliyyəti üçün bilet ala bilərsiniz. Fəaliyyətlər peşəkar təlimçi nəzarəti altında həyata keçirilir. Təlimçi haqqında: (bilet üçün linkə klik edin)

  • İngiltərənin atıcılıq akademiyasının rəhbəri Filip Torald tərəfindən və Rusiya atıcılıq üzrə yığma komandasında təlim almışdır.
  • Atıcılıq üzrə beynəlxalq dərəcəli sertifikatlara sahibdir, həmçinin beynəlxalq və yerli yarışların təşkilatçısıdır. Tələbələri dəfələrlə atıcılıq üzrə keçirilən yarışlarda qalib olmuşdur.
  • 13 illik təcrübəyə malikdir, Beynəlxalq Döyüş və Xüsusi Hazırlıq federasiyasının Vitse prezidentidir. 

Snayper

 Mərkəzimizdə optik nişangahlı tüfəng (PCP) ilə atəş açmağı öyrənmək fokus, görmə qabiliyyətini genişləndirir, fiziki intizam və gücünüzü artırır. O həm də adrenalin hormonunun ifrazına səbəb olaraq sizə xoş və əyləncəli anlar yaşadır. Məşqlər "field target" və "benchrest" metodları ilə baş tutur. İştirakçılar mərkəzimizdə təlim keçdikdən sonra peşəkar atıcı kimi Respublika və beynəlxalq səviyyəli yarışlarda iştirak edib dərəcə qazana bilər. (bilet üçünlinkə klik edin)

 "Action AIR" - pnevmatik tapançadan atəş

Action AIR çərçivəsində siz əsas silahla təhlükəsiz davranış bacarıqları əldə edəcək və praktiki atış qaydaları ilə tanış olacaqsınız. Fəaliyyət həm böyüklər, həm də uşaqlar üçün nəzərdə tutulmuş müasir, dinamik və innovativ idman növüdür. Eyni zamanda heç vaxt silah tutmayan və Praktiki Atıcılıq idmanı ilə tanış olmaq istəyən yeni başlayanlar üçün də uyğundur. Bu fəaliyyətdə 6 mm-lik plastik şarlardan istifadə olunduğuna görə təhlükəsizdir, yeganə qoruyucu vasitə atıcı gözlüklərdir. (bilet üçün linkə klik edin)

 Airsoft Action Air - Duel Atışı Pnevmatik Tapança Atıcılığı

Duel atışlarında ilk öncə təlim keçirilir, hər atıcıya 6 hədəf verilir və start komandasından sonra kim hədəfləri tez vurarsa o qalib hesab olunacaq. Bu fəaliyyətdə də 6 mm-lik plastik şarlardan istifadə olunduğuna görə təhlükəsizdir və yeganə qoruyucu vasitə atıcı gözlüklərdir. Heç vaxt bu fəaliyyətlə məşğul olmayanlar üçün də uyğundur. Çünki, məşqçinin təlimi nəticəsində atış texnikasını öyrənmiş olacaqsınız. (bilet üçün linkə klik edin)

Mix atıcılıq

Həm snayper, həm də "Action AIR" - pnevmatik tapançanı sınamaq istəyənlər mix atıcılıq üçün bilet ala bilər. Bu halda sizə 12 Azn ödəməklə snayper üçün 7 atış, tapança üçün 12 atış veriləcək. Peşəkar təlimçi hər iki atıcılıq sahəsi ilə bağlı təlim verəcək. (bilet üçün linkə klik edin)

Oxçuluq 

Qədim tarixə malik oxçuluğun Olimpiya idman növü olduğunu və hazırki Olimpiya yayının quruluşunun 3500 il əvvəlki oxla eyni quruluşda olduğunu bilirdinizmi?

Bu fəaliyyətə qoşulmaqla düzgün qamət, konsentrasiya və səbr qabiliyyətini aşılayan bu idman növü psixoloji rahatlıq tapmağa və eyni zamanda hədəfə fokuslanaraq məqsədlilik hissinin yaranmasında böyük rol oynayacaq. Fransadakı həkimlər hətta bəzi xəstələrə ox atmağı tövsiyə edirlər. Hər gün ən azı 30 dəqiqə məşq etməklə oxatanlar zehnini sakitləşdirir və ümumi rifahlarını artırmaq üçün bədənlərini işə cəlb edirlər. Oxçuluq həmçinin kalori yandırır və geniş əzələ kütləsini gücləndirir. Əslində, oxatanlar yayın çəkərək hər 30 dəqiqədə təxminən 100-150 kalori yandırırlar. Oxları almaq üçün hədəfə doğru getməklə və 3D turnirin gedişində qət edilən hər mil ilə bu kalori yandırmaları artır.

Bu fəaliyyətimizdə iştirakçılar Olimpiya idman növü olan oxçuluq ilə məşğul olurlar. Əvvəlcə yayın və oxun düzgün tutulma qaydalarını öyrəndikdən və təlimçinin praktik izahından sonra məşqçilərin nəzarətində sərbəst atışlar edirlər. 12 ədəd ox və təlim üçün qiymət 10 AZN-dir. (bilet üçün linkə klik edin)

3-ü 1-də Snayper, Tapança, Oxçuluq

Həm oxçuluq, həm snayper, həm də tapançanı sınamaq istəyirsinizsə, "3-ü 1-də" fəaliyyətinə bilet alaraq iştirak edə bilərsiniz. 20 AZN ödəniş etməklə 12 atış tapança, 7 atış snayper, 6 atış oxatma və təlimdən yararlanacaqsınız. (bilet üçün linkə klik edin)

Paintball

Şəhər mərkəzində peşakarcasına təşkil olunmuş poliqonda paintball oyna!

Bütün avadanlıqlar (silah,xüsusi geyim, kaska, bronjilet, əlcək) təşkilatçılar tərəfindən təmin olunur. Oyundan əvvələ bütün oyunçulara paintball haqqında mılumat və təlimat keçirilir, oyun peşakar hakim tərəfindən idarə olunur, Həftəiçi oyunlar üçün minumum bir gün həftəsonu oyunları isə minumum 3 gün öncədən biletlər alınıb yerlər rezerv olunmalıdır. İdman ayaqqabısında gəlmək tələb olunur. (bilet üçün linkə klik edin)

 

Airsoft - Hərbi Taktiki Oyun

Airsoft real silahların kopiyası olan yumşaq pnevmatika ilə çalışan və komanda şəklində oynanan bir hərbi taktiki oyundur. Peyntboldan fərqli olaraq, airsoft sərt plastikdən hazırlanmış 6 mm yuvarlaq BB-lərdən istifadə edir. İstifadə olunan silahlar real dünya silahlarının tam miqyaslı surətləridir. Bu fəaliyyətdə əlavə olaraq əsas silahla təhlükəsiz davranış bacarıqları əldə edəcək və praktiki atış qaydaları ilə tanış olacaqsınız. Fəaliyyət böyüklər üçün nəzərdə tutulmuş müasir, dinamik və innovativ idman növüdür. Eyni zamanda heç vaxt silah tutmayan və Praktiki Atıcılıq idmanı ilə tanış olmaq istəyən yeni başlayanlar üçün də uyğundur. Bu fəaliyyətdə 6 mm-lik plastik şarlardan istifadə olunduğuna görə təhlükəsizdir. (bilet üçün linkə klik edin)

Tripsome - 100+ əyləncəyə bilet bir platformada. (bilet üçün linkə klik edin)