Active Play

Antikafe nədir? Bakıda gedə biləcəyiniz 6 maraqlı anticafe.



İlk öncə antikafe anlayışı nədir? Ona baxaq. Anti-kafe (bəzən bir dəqiqədə ödənişli kafe və ya vaxt klubu adlanır). Müştərilərin yalnız orada keçirdikləri vaxta görə ödəniş etdiyi iş yeri, yemək və içki təklif edən məkandır. Antikafelər 2011-ci ildə Rusiyada və bəzi MDB ölkələrində populyarlaşdı və bütün dünyada müstəqil antikafelər açıldı. Antikafelər əsasən işini yerinə yetirmək və digər peşəkarlarla görüşmək üçün ucuz və rahat yerə ehtiyacı olan sahibkarları, sərbəst iş qrafiki olanları, tələbələri və gəncləri hədəf alır. Antikafedəki müştərilər birbaşa içdikləri və yedikləri üçün deyil, orada keçirdikləri vaxta görə ödəniş edirlər, adətən dəqiqə ilə hesablanır. Onlar qəhvə, çaylarını özləri hazırlayırlar, oradakı qəlyanaltılar və şirniyyatlardan istifadə edə bilərlər. Yemək və içki ilə yanaşı, antikafelər stolüstü oyunlar, kitab kitabxanaları, kovorkinq obyektləri, Wi-Fi, filmlər və video oyun konsolları təklif edə bilər. Xidmətlər məkanlara görə dəyişir, bəziləri nahar və ya səhər yeməyi təklif edir. Adətən bu məkanlarda tütün məmulatlarının və spirtli içkilərdən istifadə qadağan edilir. 2012-ci ildə antikafelərin geniş miqyasda açılması və onların bütün dünyada yayılmasına başlanıldı. Bakıda maraqlı konseptleri olan antikafelər mövcuddur.


7.@brain_house_anti_cafe 

Bu antikadedə 100 növ stolüstü oyun və mövcuddur. Burada siz limitsiz çay və şirniyyatdan yararlana bilərsiz. Orada keçirdiyiniz vaxta görə ödəniş edirsiniz. 1 nəfərin ödənişi 1 saat üçün 1 Azn-dır. Eyni zamanda, kənardan yemək gətirə bilərsiniz. Bundan başqa burada onlarla kitab var ki, 14 gün içərisində ödənişsiz şəkildə özünüzlə aparıb oxuya bilərsiniz. Antikafe müxtəlif oyun günləri keçirir. Bu oyunlar həm gününüzü daha maraqlı edəcək, həm də qalib olma şansınızı sınayaraq müxtəlif mükafatlar qazana bilərsiniz.


6.@second_home_centre

Dostlarınızla bir araya gəlib bu anticafedə vaxtınızı əyləncəli keçirə bilərsiniz. Ödənişi sadəcə vaxta görə edirsiniz: birinci saat 4 Azn hər adama, ikinci və digər saatlara görə hər adama əlavə 2 Azn. Çay, cofe, cola, fanta və şirniyyatlar limitsiz olaraq pulsuzdur. Müxtəlif stolüstü oyunlar, Play Station 3 qiymətə daxildir. Ad günlərinizi və başqa tədbirlərinizi bu məkanda keçirə bilərsiniz. Kənardan yemək,tort və içki gətirmək olar.


5.@conceptbaku

Hazirda bu antikafenin 4 fərqli filialı mövcuddur. Filiallar interyerlərinə görə bir-birindən maraqlıdır. Burada pul vaxta görə ödənilir. Antikafenin həm ümumi zalı, həm də otaqları var. Standart paketdə (ümumi zalda) adambaşı ilk saat 5 Azn, 2-ci saat 4 Azn, 3-cü saat 3 Azn, 4-cü saat 2 Azn və sonrakı saatlar 1 Azn-dən hesablanır. Qiymətə çay, kofe və şirniyyat daxildir. Özünüzlə yemək, içki də gətirə bilərsiniz. İstənilən qədər stolüstü oyunlar və stolüstü futbol oynaya bilərsiniz. Otaqlarda (PS3 və Karaoke, PS4 və Karaoke, Cinema room) qiymətlər adam sayına görə dəyişir. Otaqlarda da qiymətə yeyib içə biləcəyiniz qədər çay, kofe və şirniyyat, stolüstü oyunlar daxildir. 


4.@apartment9_baku

Dostlarınızla əyləncəli vaxt keçirə biləcəyiniz digər antikafeni təqdim edirik. Bu antikafenin də həm ümumi zalı, həm də otaqları mövcuddur. Ümumi zalın qiyməti 1 nəfər üçün 1-ci saat 4 Azn, 2-ci saat əlavə 4 Azn və növbəti saatlar 2 Azn-dən hər saatı hesablanır. Sinema və oyun zallarının qiyməti 1 nəfərdən 10 nəfərə kimi, 1-ci saat 15 Azn, 2-ci saat əlavə 15 Azn və növbəti saatlar hər saatı 8 Azn nəzərdə tutulub. Əgər 10 nəfərdən artıq olarsanızsa, hər əlavə gələn qonaq üçün hər bir saatına 2 Azn əlavə ödəməli olacaqsınız. Həmçinin siqaret çəkmək üçün ayrıca otaq mövcuddur. Göstərilən qiymətlərə stol üstü oyunlar, limitsiz olaraq çay, kofe və müxtəlif şirniyyatlar daxildir. 


3.@friendshomecafe

Ev üslubuna bənzər Friendshomecafedə kiçik və böyük otaqlar var. Kiçik otaqlar maksimum 6 nəfər, böyük otaqlar isə 10 nəfər üçün nəzərdə tutulub. Cinema, karaoke, playstationlar və müxtəlif stolüstü oyunlar var. Ödəniş vaxta görə hesablanır. Özünüzlə yemək və ya içki gətirmək istəsəniz, əlavə ödəniş etməli olacaqsınız.Bundan əlavə buranın öz daxili menuları və sərfəli setlərindən yararlana bilərsiniz.


1. Tripsome-dən bilet alaraq Bakının ən böyük masaüstü oyun kolleksiyasının olduğu antikafedə iştirak edə bilərsiniz.

Burada siz gününüzü maraqlı məşğuliyyətlərlə: stolüstü oyunlar oynamaqla, kitab oxumaqla, film seyr etməklə, pianoda ifa etməklə, şəkil çəkməklə, limitsiz şirniyyatla dadlı çay və qəhvə içməklə, bundan əlavə maraqlı həmsöhbətlərlə tanış olmaqla keçirə bilərsiniz. Antikafedə bir çox maraqlı tədbirlər keçirilir: oyun turnirləri, danışıq klubları, tamaşalar, musiqi və axşamları və sair. Eyni zamanda, müasir və Klassik ədəbiyyatı özündə cəmləşdirən 1000+ kitabdan ibarət kitabxanası da var. Və ən əsası, bunlar hamısı pulsuzdur. Siz yalnız burada keçirdiyiniz vaxtın haqqını ödəyirsiniz. 1 nəfər üçün 1 saatın ödənişi 5 Azn-dır. Əlavə hər 10 dəqiqə 0.50 Azn ödəməli olursunuz. Gün ərzində bir nəfər üçün ən çox 15 Azn ödəniş nəzərdə tutulub. 


Tripsome - 100+ əyləncəyə bilet bir platformada.