Active Play

Adrenalin nədir? Bakıda adrenalin yaşaya biləcəyiniz 5 unikal fəaliyyət.



Adrenalin nədir? İnsan bədəninə təsiri nələrdir?

Adrenalin bədəndə və beyində fəaliyyət göstərən çox vacib bir hormondur. Bu hormonun adına bəzi mənbələrdə epinefrin də deyilir. Adrenalin bədəndəki böyrəküstü vəzilərdən, beyində isə beyin sapı ətrafındakı bəzi neyronlar tərəfindən ifraz olunur. Adrenalin nədir və nə edir? Bədəndə dolaşan adrenalin miqdarının 90%-i böyrəküstü vəzilərdə istehsal olunur. Bu vəzilər çıxarıldıqda, adrenalinin səviyyəsinin çox aşağı düşdüyü müşahidə edilmişdir. Adrenalin simpatik sinir sistemindəki bir çox neyron və əzələlərə təsir göstərir. Adrenalin hormonu orqanizmi aktivləşdirmək baxımından çox əhəmiyyətli bir hormondur. Ürək döyüntülərini sürətləndirir və qan şəkərini artırır. Əzələlərin yığılması və enerji sərfi üçün uyğun mühit hazırlayır. Adrenalinə cavab verən hüceyrələrə adrenergik deyilir. 

Qanda şəkərin yüksəlməsinə səbəb olan adrenalin hormonu ifraz olunduğu zaman orqanizmdə müxtəlif təsirlər görülür. Ürək əzələlərinin damarlarının genişlənməsi, ürək əzələlərinin daralma gücü, qan təzyiqinin artması, qaraciyərdə qlikogenoliz prosesinin sürətlənməsi nəticəsində qanda qlükoza səviyyəsinin və maddələr mübadiləsinin sürətinin artması, dəqiqə ərzində ürək döyüntülərinin artım sayı, bədəndə adrenalin hormonu ifraz edildikdə meydana gələ biləcək təsirlərdən bəziləridir. Qorxu filmlərində emosiyaların stimullaşdırılmasında və hadisələrin yaddaşa yazılmasında adrenalinin rolunun yüksək olduğu görülüb. Adrenalin kimi adrenergik hormonlar insanlarda uzunmüddətli yaddaşı yaxşılaşdırmağa kömək edir. Stress və qorxu bədəndə və beyində adrenalini artıracaq ən mühüm amillərdəndir. Bu mövzuda çoxsaylı eksperimentlər aparılır. Bir işdə bir qrupa adrenalin verilir digər qrupa isə heç nə verilmir. Hər iki qrup eyni filmə baxmağa məcbur edilir. Bədəninə adrenalin vurulan iştirakçıların digər qrupla müqayisədə filmlərdə daha çox mənfi üz ifadələri olduğu görüldü. Adrenalinin miqdarı artdıqca hiss edilən mənfi emosiyaların da artdığı müşahidə edilmişdir. Məlum olub ki, adrenalin və qorxu arasında çox aydın əlaqə var.

Adrenalin Hormonunun Tibbdə Terapevtik Məqsədlə Tətbiq olunduğu sahələr

Nədənsə dayanan ürək adrenalinlə müalicə olunur. Əvvəlcə sinə divarından ürək mədəciyi deyilən boşluğa uzun iynə vurulur və bura adrenalin yeridilir. Bu üsul sayəsində dayanmış ürək yenidən işlənə bilər. Burada əsas məqsəd qan şəkərini artırmaq və əzələləri və digər hüceyrələri qlükoza ilə təmin etməkdir.

Məhz buna görə də bədəndə adrenalin ifraz etməyə səbəb olan fəaliyyətlərdə iştirak etmək tövsiyyə olunur. Bu fəaliyyətlərdən 5-ini təqdim edirik.


5.Kartinq

Kartinq, böyük avtomobil yarışlarının birinci pilləsidir və bu sahədə çox böyük çəkiyə malikdir. Avtomobil yarışlarının məhşur ulduzları Mixael Şumaxer, Ceyson Batton, Kimi Raykonen, Lyuis Xamilton, Fernando Alonso öz idman karyeralarını kartinqdən başlayıblar və bu onlara avtomobil idmanın ən yüksək çempionluq pilləsinə qalxmalarına yardım edib. Dünyanın və Avropanın bir çox ölkələrində kartinq məktəbləri fəaliyyət göstərir, Azərbaycanda isə ilk kartinq məktəbini və eləcə də həvəskar kartinq sürmək istəyənlərə imkanı biz sizin üçün yaratdıq.


4.Ezraider

Sizi daha əvvəl yaşamadığınız hissləri təcrübə etməyə çağırırıq. Kompakt və unikal dizayna malik olan EZRaiderlərimiz sizə Azərbaycanda rəqibi olmayan adrenalin dolu bir tur yaşadacaq. Etdiyiniz səyahəti daha da unudulmaz etmək üçün hər kəsə action camera vasitəsi ilə çəkiliş etmək imkanı təklif edirik. Eyni zamanda sizə hər turun özünə məxsus eksklüziv təkliflərini təqdim edirik.

Çox böyük bir marağa səbəb olan Yanardağ təbiət qoruğuna daha adrenalin dolu səyahət etmək istəyənlərə qeyri-adi landşaftı ilə diqqət çəkən Qırməki vadisində əyləncə dolu bir səyahət etməyi təklif edirik. Həm mədəniyyət, həm tarixi, həm də təbiət qoruğu olan Yanardağ qoruğunun ərazisini daha əyləncəli bir turla gəzməyə tələsin.

Bu turlar Azərbaycanın ilk neft mədənlərinin yerləşdiyi Balaxanı qəsəbəsində təşkil olunur. Səyahət zamanı bir çox maraqlı və tarixi yerləri - Rus hamamı, Ovdan, Papaqçı, Qum hamamı, M.Ə.Sabir heykəli və digər yerləri gəzmək imkanı yaradır. Bu unudulmaz və əyləncəli tura sevdiklərinizlə bərabər qoşulmağa siz də tələsin.


3.Scuba diving

 Gəlin scuba diving ilə dənizin dərinliklərində olan sirrləri kəşf edək! Scuba diving - dalğıc sənəti istirahətin ən maraqlı növlərindən biridir. Dəniz sonsuz bir ənginlikdir və onun sirlərini kəşf etmək hələ ən qədim zamandan insanların arzusu olub. Dalğıclıq sənəti öz bədənini fərqli bir mühitdə yenidən kəşf etməyə kömək edir. Dalğıclıq sənəti tamamilə təhlükəsizdir. Peşəkar və təcrübəli məşqçilərimiz tərəfindən uşaqlar və böyüklər üçün seçilmiş xüsusi proqram tətbiq olunur. Mövsümdən asılı olaraq scuba diving həm dənizdə, həm də hovuzda keçirilir.


2.Paintball

Həyacan və adrenalini özündə birləşdirən oyun! Şəhər mərkəzində peşakarcasına təşkil olunmuş poliqonda paintball oyna! Bütün avadanlıqlar (silah,xüsusi geyim, kaska, bronjilet, əlcək) təşkilatçılar tərəfindən təmin olunur. Oyundan əvvələ bütün oyunçulara paintball haqqında mılumat və təlimat keçirilir, oyun peşakar hakim tərəfindən idarə olunur, Həftəiçi oyunlar üçün minumum bir gün həftəsonu oyunları isə minumum 3 gün öncədən biletlər alınıb yerlər rezerv olunmalıdır. İdman ayaqqabısında gəlmək tələb olunur. 


1.Airsoft 

Airsoft real silahların kopiyası olan yumşaq pnevmatika ilə çalışan və komanda şəklində oynanan bir hərbi taktiki oyundur. Peyntboldan fərqli olaraq, airsoft sərt plastikdən hazırlanmış 6 mm yuvarlaq BB-lərdən istifadə edir. İstifadə olunan silahlar real dünya silahlarının tam miqyaslı sürətləridir.

Bu fəaliyyətdə əlavə olaraq əsas silahla təhlükəsiz davranış bacarıqları əldə edəcək və praktiki atış qaydaları ilə tanış olacaqsınız. Fəaliyyət böyüklər üçün nəzərdə tutulmuş müasir, dinamik və innovativ idman növüdür. Eyni zamanda heç vaxt silah tutmayan və Praktiki Atıcılıq idmanı ilə tanış olmaq istəyən yeni başlayanlar üçün də uyğundur. Bu fəaliyyətdə 6 mm-lik plastik şarlardan istifadə olunduğuna görə təhlükəsizdir. 


Tripsome - 100+ əyləncəyə bilet bir platformada.