Proqrama nələr daxildir:
- Peşəkar Ebru ustası tərəfindən təlim
- Musiqili Ebru Masterklassı (2 əsər; hazırlanan əsərləri iştirakçılar özlərilə aparırlar).
- Bütün lazımi ləvazimatlar (fırçalar, boyalar, önlük, alətlər və s)
- Çay, kofe və dadlı şirniyyatlar
- Foto sessiya imkanı (öz kameranızla)
Qiymət:
- Uşaqlar:
- 1 dərs / 2 əsər - 25azn
- Aylıq 4 dərs / 8 əsər - 80azn
- Böyüklər:
- 1 dərs / 2 əsər - 30azn
- Aylıq 4 dərs / 8 əsər - 100azn
- Qruplar
- Uşaqlar - Minumum 4 nəfər - 1 dərs / 4 əsər - 15azn / 1 iştirakçı
- Böyüklər - Minumum 4 nəfər - 1 dərs / 4 əsər - 18azn / 1 iştirakçı
- Professional Ustad Dərsi / Sertifikat Proqramı
- Böyüklər - 16 dərs - 400azn / 1 iştirakçı
Sessiyanın dili: Sessiya Azərbaycan dilində aparılır.
Ünvan: Əlimərdan bəy Topçubaşov 32, (Tarqovı) Bakı ş. Azərbaycan
Ləğv qaydası: Xidmətin baş tutmasına 96 saat və ya daha çox müddət qaldıqda bilet geri qaytarılarsa və ya dəyişdirilərsə, bilet dəyərinin 20%-i tutulur. Xidmətin baş tutmasına 96 saat və ya daha az müddət qaldıqda bilet geri qaytarılmır və ya dəyişdirilmir.
Proqram
İştirakçılar lazımlı alətlərdən istifadə qaydasını və texnikalarını öyrənərək əyləncəli və maraqlı Ebru sənətinin yaradılması prosesini təcrübə edirlər və praktiki olaraq tətbiq edir, beləliklə su üzərində xüsusi fırçalarvə boya ilə öz sənət əsərlərini hazırlayırlar. Bir iştirakçıya 30 dəqiqə vaxt ayrılır. Sessiya boyunca siz ebru sənəti nədir, ebru sənətinin növləri, ebru sənətinin faydaları nələrdir və s. bu kimi suallara cavab tapacaqsınız.
Ebru sənəti iştirakçıları ailələrinə və dostlarına öz işlərini göstərə biləcəkləri sənəti əsərləri yaradacaqlar. İştirakçılar sessiya zamanı işlədikləri əsəri sessiyadan sonra özləri ilə apara bilərlər və onlara aiddir.
Ebru Sənəti Haqqında
Ebru sənətinin 9-cu əslərdə Buxara şəhərindən başladığını bilirdiniz mi? Ebru su üzərində naxışdır. Boyalar fırça ilə qatılaşdırılmış su məhlulunun üzərinə səpilir. Sənətkar fərqli ölçülü bizlər vasitəsilə həmin boyaları müxtəlif formalara salır və sonda rəngarəng rəsm əsəri yaradır. Ebruda istifadə edilən boyalar təbii olduğu üçün solmur və ya rəngini dəyişmir.
İndi qeydiyyatdan keçin!