Təsvir
Uşaqların açıq havada daha maraqlı və faydalı vaxt keçirməyini yəqin ki Siz də istəyirsiniz. Bu master-klassımızda açıq havada uşaqlar öz dibçəklərini dizayn edir və güllərini əkəcəklər. Eyni zamanda güllərə qulluq etməyin yolları haqqında ətraflı məlumat əldə edəcəklər.
Uşaqlarınızı bu yaradıcı fəaliyyətə qoşulmağa təşviq edin, çünki bitkilərə qulluq etməyi öyrənmək və bağbanlıqla məşğul olmaq onlarda məsuliyyət və özünə-inam hissi oyadacaq, təbiətin qayğısına qalmağın necə vacib olduğunu təlqin edəcəkdir
Proqram
Bu master-klassda iştirakçılar əvvəl ev bitkiləri, onların əkilməsi və xüsusi qulluq tələbləri haqqında ətraflı məlumat əldə edəcək və öyrəndiklərini praktiki tətbiq etmək üçün özləri öz güllərini əkəcəklər.
- Dibçəklərin dizayn olunması
- Torpaq haqqında məlumat və düzgün torpağın seçilməsi
- Torpaqda mineralları artırmaq üçün hansı orqanik qatqılardan istifadə
- Gülün dibçəyə düzgün yerləşdirilməsi və torpağa basdırılması qaydaları
- Bitkiləri suvarma üsulları, vaxtları və tezliyi
- Bitkilərin evdə günəşə və şəraitə uyğun olaraq yerləşmə fərqləri
Nələr daxildir?
- Standard ölçülü dibçək (9sm üçbucaq piramida tipli)
- Əkmək üçün torpaq
- Ekivera gülü
- Dibçəyin dizaynı üçün fırça və boya
- Bitkilərlə uzunmüddətli təcrübəsi olan mütəxəssis tərəfindən masterklass
Vacib qeydlər:
Əgər daha fərqli güllər və ya daha böyük ölçülü dibçək istəsəniz biletinizi alarkən qarşınıza çıxacaq uyğun hissədə sizə uyğun seçimləri seçə bilərsiniz. Uşaqlar əkdikləri gülləri özləri ilə aparacaqlar.
Sessiyanın dili: Sessiya Azərbaycan, Rus və İngilis dillərində paralel aparıla bilir.
Ünvan: Qış parkı ilə Fəvvarələr meydanı yaxınlığı
Ləğv qaydası: Qeydiyyatınızı sessiyanın başlamasına 96 saat əvvələ qədər ləğv etmək imkanınız var.
İndi qeydiyyatdan keçin!