Elmin necə möcüzələr yaratdığının gözlərinizlə şahidi olmaq üçün ölkədə yeganə İnteraktiv Elm Muzeyi ziyarətçiləri qəbul edir.
Şagird və tələbələr kitabda oxuduqlarını real olaraq təcrübədə görə bilmək üçün bu unikal muzey artıq 2 ildir fəaliyyət göstərir.
Muzeydə görəcəkləriniz:
Kitablarda uşaqlar üçün çox qəliz görünən və əksər vaxtlarda qaranlıq qalan elmi biliklər azyaşlıların asanlıqla başa düşə biləcəklərisadə və interaktivtəcrübə və eksponatlarla Muzey tərəfindən ziyarətçilərə təqdim və izah olunur. Muzeydəki 100-ə yaxın interaktiv eksponatlardan bir neçəsi:
- Sənaye inqilabı yaradan buxar mühərriklərindən başlayaraq daxili yanma mühərrikinə kimi tarixi inkişafı
- Elektro-maqnetizmdən Tesla bobininə gedən yol
- Maddənin spektor şüalanması
- Səs dalğaları
- Printerin iş prinsipi
- Aerodinamika qanunları
Vacib qeydlər: Ziyarətçilərə muzey eksponatlarının elmi işləmə əsasları haqqında dərin bilikləri olan bələdçi muzey tərəfindən təmin ediləcəkdir. Sessiya 90 dəqiqə davam edir.
Ziyarətə daxildir:
- Bələdçi
- Foto sessiya (öz kameranızla)
Sessiyanın dili: Sessiya paralel olaraq Azərbaycan və Rus dillərində aparıla bilər.
Ünvan: Tbilisi Prospekti.
Ləğv qaydası: Xidmətin baş tutmasına 96 saat və ya daha çox müddət qaldıqda bilet geri qaytarılarsa və ya dəyişdirilərsə, bilet dəyərinin 20%-i tutulur. Xidmətin baş tutmasına 96 saat və ya daha az müddət qaldıqda bilet geri qaytarılmır və ya dəyişdirilmir.
İndi qeydiyyatdan keçin!