Orqanik Sabun Masterklassı uşaqlar və böyüklər üçün əyləncəli və interaktiv üsulla istənilən formada orqanik sabunu necə hazırlanmasını öyrədir.
Uşaqlarınızı bu yaradıcı fəaliyyətə qoşulmağa təşviq edin, çünki baxmayaraq ki sabun gündəlik istifadə olunan bir məhsuldur, uşaqların həmin sabunların necə ərsəyə gəldiyini öyrənməsi və özlərinin sabunu hazırlaması onların təsəvvürünü genişlədəcək və eyni zamanda özgüvənlərini artıracaqdır.
Proqram
Bu sessiya iştirakçılara Orqanik Sabun hazırlanması üçün istifadə olunan maddələrin və inqrediyentlərin seçilməsi və onları hansı ardıcıllıqla necə istifadə etməyi öyrənməyə kömək edəcəkdir. Proqram müddətində iştirakçılar aşağıdakıları əhatə edir:
- Təbii (orqanik) sabunların dizaynının hazırlanması
- Sabunun hazırlanma prosesi və texnikası
- Dekorların əlavə edilməsi
- 3D sabun modellərinin hazırlanması
- Proqram müddətində çay, kofe və şirniyyat qonaqlara ikram olunur
Vacib qeydlər: Bütün ləvazimatlar təşkilatçı tərəfindən təmin ediləcəkdir. Masterklass vaxtı hazırladıqları Orqanik Sabunu iştirakçılar özləri ilə aparacaqlar.
Sessiyanın dili: Sessiya paralel olaraq Azərbaycan və Rus dillərində aparılacaqdır.
Ünvan: Caspian Plaza (Nizami metrosu yaxınlığı).
Ləğv qaydası: Qeydiyyatınızı sessiyanın başlamasına 96 saat əvvələ qədər ləğv etmək imkanınız var.
İndi qeydiyyatdan keçin!