Qiymətə daxildir:
- Bələdçi mehtər
- Seçilmiş biletə uyğun at sürmək
- Təhlükəsizlik kaskası və kaskanın altından gigiyenik baş geyimi (birdəfəlik istifadə olunan)
- Atları oxşamaq və bəsləmək imkanı (özünüzlə bir neçə yerkökü gətirməyiniz kifayətdir)
- Ərazidə gəzmək üçün müasir üslübda ferma
Qiymət:
- 10AZN (10 dəqiqə)
- 20AZN (20 dəqiqə)
Vacib qeydlər
- Böyüklər və eynilə də 7 yaşdan yuxarı uşaqlar üçün idealdır
- Uzun şalvar və örtülü ayaqqabılar (xüsusən də uşağınızla yanaşı gəzirsinizsə).
- İş saatları ərzində istənilən vaxt gələ bilərsiniz.
- Gələrkən ailələr özləri ilə yemək gətirə bilərlər.
- İştirakçılar mehtərlərimizin müşayiətində at sürəcəklər.
Dil: Azərbaycan və Rus dilində
Ünvan: Mərdəkan, Bakı, Havalimanı yaxınlığında
At Sürmək Haqqında
At sürmək hərkəs üçün həmişə özü ilə qürur duyacağı bir fəaliyyətdir. Ata minmək insanlar üçün unudulmaz bir təcrübədir və mehtərlərimiz onlara təhlükəsiz və rahat bir şəraitdə əsl çapar olmağa kömək edəcəklər.
İştirakçılar eyni zamanda rəngarəng bitkilərdən, quşlardan, sərin və təzə mehdən zövq alaraq atçılıq mərkəzinin təsərrüfatında gözəl mənzərələri seyr edə bilərlər. Ərazidə restoran və çay üçün kiçik bir kafe müstəqil fəaliyyət göstərir. İstədiyiniz qədər ərazidə gəzə bilərsiniz.
Ləğv qaydası: Xidmətin baş tutmasına 96 saat və ya daha çox müddət qaldıqda bilet geri qaytarılarsa və ya dəyişdirilərsə, bilet dəyərinin 20%-i tutulur. Xidmətin baş tutmasına 96 saat və ya daha az müddət qaldıqda bilet geri qaytarılmır və ya dəyişdirilmir.
İndi qeydiyyatdan keçin!