Biletə daxildir:
- İdman Ustası və Azərbaycan çempionu tərəfindən təlim (reaksiya və duruş məşqləri, döyüş texnikaları)
- Qoruyucu ləvazimatlar (Maska, əlcək, qoruyucu jilet, 1 ədəd qol qoruyucu, plasmas bədən qoruyucu)
- Döyüş ləvazimatları (Rapira qılınc, elektrikli gödəkçə (sayğac))
- Geyim dəyişmə zonası
- Proqram müddəti: təqribi 3 saat (proqram ərzində hər biri 3 dəqiqə davam edən 4-5 aktiv döyüş)
- Proqramın son mərhələsində masaüstü oyun (boardgame) + çay
Qiymət:
- Birdəfəlik bilet: 25AZN (1 nəfər); 40AZN (2 nəfər / cütlük və ya para)
- Aylıq məşqlər: (4 dərs) 70AZN (12 yaş və yuxarı)
- Aylıq məşqlər: (8 dərs) 60 AZN (6-12 yaş); 100AZN (12 yaş və yuxarı)
Vaxt:
- Birdəfəlik (günlük məşqlər) / 2 saat / Hər şənbə və bazar 10:00-16:00. Məşq 16:00 da bitir, ən gec 12:00da orada olmaq lazımdır.
- Aylıq məşqlər: / 2 saat / Hər şənbə və bazar 10:00-13:00. Məşq 16:00 da bitir, ən gec 12:00da orada olmaq lazımdır.
Vacib qeydlər:
- Geyim: İştirakçının yüngül geyimdə, idman forması və idman ayaqqabısı ilə gəlməyi vacibdir. Tufli, dabanlı ayaqqabıda gəlmək qadağandır. Zalda sadəcə üstdən geyinmək üçün qoruyucu geyim və maska verilir.
- Dil: Azərbaycan, Rus və İngilis dillərində (istəyə uyğun olaraq).
- Ləğv qaydası: Xidmətin baş tutmasına 96 saat və ya daha çox müddət qaldıqda bilet geri qaytarılarsa və ya dəyişdirilərsə, bilet dəyərinin 20%-i tutulur. Xidmətin baş tutmasına 96 saat və ya daha az müddət qaldıqda bilet geri qaytarılmır və ya dəyişdirilmir.
Ünvan: 2 saylı Asan Xidmətin və Amay Ticarət Mərkəzinin yanı (Xətai)
Qılıncoynatma məşqçisi haqqında
Məşqçimiz 14 ildir qılıncoynatma (fencing) idman növü ilə məşğuldur və qılıcoynatmanın hər 3 növü (rapira, qılınc və şpaqa) üzrə peşəkar idman ustasıdır. Azərbaycan çempionu titulu ilə yanaşı dəfələrlə ölkəmizi və hazırda isə Konqo Demokratik Respublikasını müxtəlif beynəlxalq müsabiqələrdə uğurla təmsil edir.
Qılıncoynatma daha çevik olmaq, xarakter, nizam-intizam və dözümlülük yaratmaq istəyənlər üçün ideal idman növüdür.
🤺 Fəlsəfəsi, romantizmi və zəngin tarixi ilə seçilir.
🤺 Bu idman növündə əsas nüans tək bacarıq deyil, müdriklik, ləyaqət, nəciblik və rəqibinizə ən dərin hörmətdir.
🤺Qılıncoynatma təfəkkür və məntiqi inkişaf etdirir, qılınc döyüşündə baş bədəndən az işləmir.
🤺Reaksiya sürəti, mükəmməl texnika və döyüşdə tez naviqasiya bacarığı inkişaf edən vacib bacarıqlardandır.